Məhkəmə qərarları › İş №e-2(049)-3142/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3142/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3142/2022 13.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı (X1) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcun, 322,14 ABŞ dolları məbləğində faiz borcun, 20,4 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 1434,89 ABŞ dolları məbləğində borcun, kredit müqaviləsi bitəndən sonra X2 Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcun və 44,39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il , LAN174134/17 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 1940,0 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1, Zamin2 və Zamin3 ilə Bank arasında 13.010.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlərin iddiaçı banka xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu, 20,4 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 1434,89 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra X2 Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il , LAN174134/17 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 1940 ABŞ dolları məbləğində kredit verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh LAN174134/17 saylı kredit müqaviləsinə əsasən banka xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu, 20,4 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 1434,89 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra X2 Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Zamin1, Zamin2 və Zamin3 arasında bağlanmış xx.xx.2017-ci il , LAN174134/17 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 1940,0 ABŞ dolları məbləğində kredit verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və cavabdehlər Zamin1, Zamin2 və Zamin3 bu kredit müqaviləsi üzrə Cavabdeh zamin qalmşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 0,40 manat xidmət haqqı və 44,39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu cəmi 1414,49 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu və 44,39 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, müqavilə üzrə hesablanmış 20,40 ABŞ dolları məbləğində cərimə güzəşt olaraq silinməlidir. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada tutulacaq, xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu cəmi 1414,49 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra X2 Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 24 noyabr 2005-ci il tarixli 4 saylı Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56,57 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu cəmi 1414,49 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu və 44,39 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə hesablanmış 20,40 ABŞ dolları məbləğində cərimə silinsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada tutulacaq, 04.08. xx.xx.2022-ci il tarixə kredit üzrə 1048,7 ABŞ dolları məbləğində əsas borcu, 322,14 ABŞ dolları məbləğində faiz borcu cəmi 1414,49 ABŞ dolları məbləğində borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43,65 ABŞ dolları məbləğində faiz borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar