Məhkəmə qərarları › İş №e-2(049)-3172/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3172/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3172/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 478.01 manat əsas borc, 6.97 manat cərimə, cəmi 484.98 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavadova Lüminə Rəhim qızı xx.xx.2022-ci il tarixdə müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi ofertaya və ərizəyə əsasən Cavadova Lüminə Rəhim qızının kart hesabına xx.xx.2022-ci il tarixdə illik 29% olmaqla 1000 manat məbləğində vəsait köçürülmüşdür. Cavadova Lüminə Rəhim qızı həmin kreditdən istifadə edərək müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilənin şərtini pozaraq ödənişləri gecikdirmişdir. Cavadova Lüminə Rəhim qızı tərəflər arasında olan müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” AİS-dən çıxarışa əsasən Cavadova Lüminə Rəhim qızının qanun üzrə vərəsəsinin Cavabdeh olması müəyyən edilmişdir. Həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, kredit borcunun ödənilməsini təmin etməmiş, ona görə də iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda kredit müqaviləsi üzrə iddiaçıya 478.01 manat əsas borc, 6.97 manat cərimə, cəmi 484.98 manat borc qalmışdır. İddiaçı 484.98 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləğinin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, Cavadova Lüminə Rəhim qızının xx.xx.2022-ci il tarixdə imzası ilə təsdiq (aksept) etdiyi xx.xx.2021-ci il tarixli 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” və ərizəyə əsasən həmin tarixdə iddiaçı tərəfindən onun kart hesabına illik 29% olmaqla 1000 manat məbləğində vəsait köçürülmüşdür. Cavadova Lüminə Rəhim qızı həmin kreditdən istifadə edərək müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilənin şərtini pozaraq ödənişləri gecikdirmişdir. Cavadova Lüminə Rəhim qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” AİS-dən çıxarışa əsasən Cavadova Lüminə Rəhim qızının qanun üzrə vərəsəsinin Cavabdeh olması və Lənkəran rayonu Boladi kəndində yerləşən 0,3738 hektar torpaq sahəsinin ona miras qaldığı müəyyən edilmişdir. Cavadova Lüminə Rəhim qızının kredit borcunun qaytarılması ilə bağlı ona xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği ödənilmişdir. Hazırda iddiaçı 478.01 manat əsas borc, 6.97 manat cərimə, cəmi 484.98 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 478.01 manat əsas borc, 6.97 manat cərimə-cəmi 484.98 manat borc məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 478.01 manat əsas borc, 6.97 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı - cəmi 515.38 manat tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar