Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3209/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 9.195,31 (doqquz min bir yüz doxsan beş manat 31 qəpik) manat borc olmaqla – bundan 5.937,84 (beş min doqquz yüz otuz yeddi manat 84 qəpik) manat əsas, 2909,79 (iki min doqquz yüz doqquz manat,79 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 347,68 (üç yüz qırx yeddi manat 68 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 111,96 (bir yüz on bir manat 96 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2dn müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 44 (qırx dörd) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 7.530 (yeddi min beş yüz otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********348 saylı xx.xx.2024cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9.195,31 (doqquz min bir yüz doxsan beş manat 31 qəpik) AZN təşkil edir. Bundan 5.937,84 (beş min doqquz yüz otuz yeddi manat 84 qəpik) AZN əsas, 2909,79 (iki min doqquz yüz doqquz manat,79 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 347,68 (üç yüz qırx yeddi manat 68 qəpik) AZN faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli 08/2975/NİK saylı zaminlik müqaviləsi üzrə NBC Bank ASC qarşısında Cavabdeh1 zamin durmuşdur. Həmin müqavilə üzrə öhdəliklər də əsas borclu tərəfindən tam olaraq verinə yetirilimiş, yəni həmin kredit müqaviləsi üzrə borc məbləği tam olaraq ödənilmişdir. Daha sonra onun xəbərim və heç bir zaminlik ödəliyi olmadan "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 08/3010/NİK saylı kredit müqaviləsi bağlanılmışdır. Hazırki mülki iş üzrə zaminlik öhdəliyi mövcud olmadığı üçün işin obyektiv araşdırılması məqsədilə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə əsasən məhkəmə tərəfindən edilən sorğuda iddiaçıdan digər sənədlərlə birlikdə onun zaminliyini təsdiq edən müqavilənin əslinin təqdim edilməsi tələb olunsa da iddiaçı bunu təqdim edə bilməmişdir. Digər bir hal isə əgər hər hansı bir şəxsin bu müqavilə üzrə zaminlik öhdəliyi mövcud olsaydı belə iddiaçı qanunla müəyyənləşdirilən iddia müddətini ötürməsi səbəbindən hazırki tələblə onun icrasını tələb etmə hüququna malik deyildir. Belə ki, hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi xx.xx.2022-ci il müəyyən edildiyindən iddiaçı özü üçün müəyyənləşdirdiyi hər hansı zaminə qarşı da iddia müddətini ölürməklə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi üzrə onun zaminliyinə xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onunla "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 08/3010/NİK saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, ona 44 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7.530 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bir müddət ödənişləri etsə də sonradan ödəniş etməmişdir və banka iddia tələbində qeyd edilın əsas məbləğdə borcu yaranmışdır. Lakin iddiaçı "xxxx" ASC ona qarşı iddia tələbini iddia qanunvericilikdə nəzərdə tutulmuş müddətini ötürməklə məhkəməyə təqdim etmişdir. Həmçinin iş üzrə Cavabdeh2 ona əvvəllər "xxxx" ASC ilə arasında bağladığı kredit müqaviləsi üzrə zamin olmuş, lakin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə zamin olmamışdır. İddiaçı bank əvvəlki zaminlik müqaviləsinə dair işdən Cavabdeh2 şəxsiyyət vəsiqəsinin surətini və məlumatları götürərək, zaminlik müqaviləsi tərtib edərək, onun surətini sübut kimi məhkəməyə təqdim etmişlər. Bu səbəbdən də məhkəmə sorğusuna əsasən, həminlik zaminlik müqaviləsinin əsli iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyəməlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh1 vəsaətinə əsasən, məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış hazırki iş üzrə kredit müqavlələri, zaminlik müqavilələri, kassa məxaric orderi və sair sənədləri əsli tələb edilmiş, ƏSF tərəfindən məhkəməyə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin və kassa məxaric orderinin əsilləri təqdim edilmiş, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin əsli isə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 44 (qırx dörd) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 7.530 (yeddi min beş yüz otuz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinə əsasən, öhdəliyin icrası müddəti (44 ay) xx.xx.2022-ci ildə bitir. xx.xx.2019-cu il tarixli “kassa məxaric orderi”ndən görünür ki, xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsinə əsasən, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən 7.530 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh1 hesabdan çıxarışından görünür ki, onun tərəfindən "xxxx" ASC-yə sonuncu kredit ödənişi xx.xx.2020-ci il tarixdə 151,70 manat məbləğində həyata keçirilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən, sonuncu, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yetirilməsinə dair məsuliyəti öz üzrində götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9.195,31 (doqquz min bir yüz doxsan beş manat 31 qəpik) AZN təşkil edir. Bundan 5.937,84 (beş min doqquz yüz otuz yeddi manat 84 qəpik) AZN əsas, 2909,79 (iki min doqquz yüz doqquz manat,79 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 347,68 (üç yüz qırx yeddi manat 68 qəpik) AZN faiz borcu təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 111,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 44 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7.530 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə iddiaçı banka cəmi borcu cəmi 9.195,31 manat olmaqla, ondan 5.937,84 manat əsas, 2.909,79 manat faiz və gecikdirilmiş vaxt üçün 347,68 manat təşkil edir. Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə sonuncu kredit ödənişi xx.xx.2020-ci il tarixdə 151,70 manat məbləğində həyata keçirilmişdir. Belə ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağ ıöhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.3-cü maddəsində göstərilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair vəsatətinə münasibət bildirərərk qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müddətində müəyyən edilmişdir. Hazırki mülki iş üzrə iddia tələbinin əsasını təşkil edən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti (44 ay) xx.xx.2022-ci ildə bitir. İddia tələbi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edildiyindən iddiaçı bank iddia müddətini keçirməmişdir. Odur ki, həmin vəsastət təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı hissəsinə münasibət bildirərək, ilk olaraq qeyd edir ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşdüyündən, bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə zaminlik müqaviləsinin əsli təqdim edilməlidir. İddiaçı bank tərəfindən isə məhkəməyə bu barədə məhkəmə sorğusu olmasına baxmayaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin əsli təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixdə 08/3010/NİK nömrəli zaminlik müqaviləsi bağlanmış olduğu təqdirdə belə xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası (borcun qaytarılması) 44 (qırx dörd) ay müddətinə, yəni 16 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. “Elektron məhkəmə” İnformasiya sistemindən müəyyən edilir ki, hazırki mülki iş üzrə iddia ərizəsi iddiaçı "xxxx" ASC tərəfindən Lənkəran Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, hər bir halda "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsi üzrə 5.937,84 manat əsas, 2.909,79 manat faiz, Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 347,68 manat faiz borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111,96 manat pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli kredit müqaviləsi üzrə cəmi 9.195,31 (doqquz min bir yüz doxsan beş manat 31 qəpik) manat olmaqla – bundan 5.937,84 (beş min doqquz yüz otuz yeddi manat 84 qəpik) manat əsas, 2.909,79 (iki min doqquz yüz doqquz manat,79 qəpik) manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 347,68 (üç yüz qırx yeddi manat 68 qəpik) manat faiz borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 111,96 (bir yüz on bir manat 96 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3010/NİK nömrəli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3209/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3209/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver