Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3213/2025 14.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 16.259,67 manat, faiz borcu üzrə 14.137,55 manat olmaqla, cəmi 30.397,22 manat kredit borcunun və ödənilmiş 182 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özələşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında 27 avqust 2012-ci il tarixdə HEY-İ 12/157 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə ilik 12 %-lə, 133 ay müddətinə 25.360,84 (iyirmi beş min üç yüz altımış manat, 84 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nərimanov filialı arasında 27 avqust 2012-ci il tarixdə HEY-İ-12/157 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən borc alana 25.360,84 (iyirmi beş min üç yüz altımış manat, 84 qəpik) manat məbləğində kreditin verilməsini, borcalan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehə kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə, kredit borcları barədə məlumat verilməklə onların tez bir zamanda ödənilməsinin tələb olunmasına baxmayaraq qeyd olunan öhdəlik bu günədək icra edilməmişdir. Belə ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən hazırda 16.259,67 (on altı min iki yüz əli doqquz manat, 67 qəpik) manat əsas, 14.137,55 (on dörd min bir yüz otuz yeddi manat, 55 qəpik) manat faiz olmaqla, cəmi 30.397,22 (otuz min üç yüz doxsan yeddi manat, 22 qəpik) manat məbləğində kredit borcu vardır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanılmış 27 avqust 2012-ci il tarixdə HEY-İ 12/157 saylı kredit müqaviləsinin 17.2-ci bəndindən görünür ki, tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada Bakı şəhərinin məhkəmələrində həll edilir. Analoji müddəa eyni zamanda, "xxxx" ASC ilə Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nərimanov filialı arasında 27 avqust 2012-ci il tarixdə HEY-İ-12/157 saylı zaminlik müqaviləsinin 9.2-ci bəndində də təsbit edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemində verilmiş sorğunun cavabına əsasən müəyyən edilir ki, cavabdehlərdən X1 şəhəri, Fizuli küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı isə ünvan 2 Prosessual Məcəlləsinin: 40.1 ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Göründüyü kimi, tərəflər yuxarıda qeyd edilən kredit və zaminlik müqavilələrində baş verə biləcək mübahisəsinin həlli ilə əlaqədar məhkəmənin ərazi aidiyyəti ilə bağlı öz aralarında razılığa gəlmişlər. Həmçinin, cavabdehlərdən birinin qeydiyyatı Lənkəran şəhəri, digəri isə Bakı şəhəridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyət qaydaları pozulmaqla verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 182 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 182 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 182 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3213/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3213/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver