Məhkəmə qərarları › İş №e-2(049)-3264/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3264/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3264/2025 28.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" ASCnin cavabdeh X1 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC, cavabdeh X1 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdeh X4 oglundan 243,76 (iki yüz qlrx tiq manat yetmiş altı qəpik) manat va ödənilmiş dövlət rüsumuna görə 30,00 (otuz) manat, cəmi 273,76 (iki yüz yetmis üç manat yetmiş altı qəpik) manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Schimitz Cargobull” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixində idarə edərkən Sumqayıt-Bakı yolunda "xxxx" ASC tərəfindənMVC-B 00062-25 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Chevrolet Cruze" markalı, ** YM ***dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** YM ***dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 300,00 (üç yüz) manat azadolma məbləği çıxılaraq 243,76 (iki yüz qırx üç manat yetmiş altı qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Abşeron RPİ DYPŞ-nirİnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində "Schimitz Cargobull” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmayıb. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalı olmadığı səbəbindən 243,76 (iki yüz qırx üç manat yetmiş altı qəpik) manat pul vəsaiti Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-3301-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 Məhkəm Sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında yaranmış mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq iş üzrə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, verilmiş ərizə iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından irəli gəlir, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə bu prosessual hərəkəti qanunamüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********33 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Həmin Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.2, 152.3, 170.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, **********33 nömrəli mədaxil qəbzi əsasında ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar