Məhkəmə qərarları › İş №e-2(049)-3354/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3354/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3354/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 025A********** saylı kredit öhdəliyi üzrə 6375.69 manat məbləğində kredit bоrcu, 654.44 manat məbləğində faiz bоrcu və 153.54 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7183.67 məbləğində bоrcun, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 025KK**********01 kart kredit müqaviləsi 499.24 manat məbləğində kredit bоrcu, 76 manat məbləğində faiz bоrcu və 114.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 690.14 məbləğində bоrcun və tərəflərindən ödənilmiş 98.74 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizə əsasında o, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1124.31 manat ödəniş etmiş və оnun iddiaçıya 6375.69 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 172 gün üçün hesablanmış faiz borcu 654.44 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 172 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 153.54 manat təşkiledir. Bundan başqa Cavabdeh2 AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025KK**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh2 əsas borcu üzrə 499.24 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3ci maddəsinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 76 gün üçün hesablanmış faiz borcu 76 manat təşkiledir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. xx.xx.2024-cü il tarixə 76 gün üçün hesablanmış cərimə 114.9 manat təşkiledir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Cavabdeh2 ərizəsinə əsasən İddiaçı QSC xx.xx.2023-cü il tarixdə Cavabdeh2 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 35 ay müddətinə, 7500 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh2 ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli 025KK**********01 kart kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə, 500 manat məbləğində kart kredit limiti açılmışdır. Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 35 ay müddətinə götürdüyü krediti xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-ci tarixədək hər ay 288 manat, sonuncu ay 272.62 manat olmaqla "xxxx" ASC-yə ödəməli idi. İş materiallarında olan 025G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 6375.69 manat əsas, 654.44 manat faiz, 153.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 7183.67 manat borcu vardır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli Visa OK Credit Cards kartı üzrə İddiaçı ASC-yə 499.24 manat məbləğində kredit bоrcu, 76 manat məbləğində faiz bоrcu və 114.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 690.14 məbləğində borcu vardır. Ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 98.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 35 ay müddətinə aylıq 1.6667% faiz dərəcəsi ilə hesablanmaqla 7500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün Bank Cavabdeh1 ilə 025G**********01 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şfahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə əsas borc üzrə 6375.69 manat əsas, 654.44 manat faiz, 153.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 7183.67 manat məbləğində borcu mövcuddur. Cavabdeh2 xx.xx.2023-cü il tarixli Visa OK Credit Cards kartı üzrə İddiaçı ASC-yə 499.24 manat məbləğində kredit bоrcu, 76 manat məbləğində faiz bоrcu və 114.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 690.14 məbləğində borcu vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC qarşısında borclu Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6375.69 manat əsas, 654.44 manat faiz, 153.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 7183.67 manat məbləğində kredit borcu, 98.74 manat dövlət rüsumu, həmçinin Cavabdeh2 xx.xx.2023-cü il tarixli 025KK**********01 kart kredit müqaviləsi 499.24 manat məbləğində kredit bоrcu, 76 manat məbləğində faiz bоrcu və 114.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 690.14 məbləğində bоrc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 6375.69 manat əsas, 654.44 manat faiz, 153.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 7183.67 manat məbləğində kredit borcu, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 025KK**********01 kart kredit müqaviləsi 499.24 manat məbləğində kredit bоrcu, 76 manat məbləğində faiz bоrcu və 114.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 690.14 məbləğində bоrc və ödənilmiş 98.74 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar