Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3367/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1711 manat məbləğdə pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37,11 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 01:10-da Bakı şəhəri, Xəzər rayonu, Hava limanı terminalı yaxnlığında Cavabdeh tərəfindən "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5605 saylı “Daxili Lizinq” Müqaviləsi əsasında lizinqə verilmiş, etibarnamə əsasında idarə etdiyi “Khazar SD minik” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-yə məxsus “X5” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilin arxa bomperini zədələyərək maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Xəzər RPİ DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh X1 qanunvericiliyin tələblərinin pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (araməsafə qaydasını pozma), 469.3-cü (icbari sığorta müqaviləsinin bağlanmamasına görə) və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus “X5” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1711 manat məbləğində maddi zərər vurulmuşdur. Lakin Cavabdeh tərəfindən idarə edilmiş “Khazar SD minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortası olunmadığından İddiaçı MMC-yə məxsus “X5” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərəri əldə etmələri mümkün olmamışdır. Cavabdeh yol nəqiyyat hadisəsini törətməsini və hadisə yerindən yayınmasını Xəzər RPİ-nin DYPŞnə təqdim etdiyi xx.xx.2027-ci il tarixli yazılı izahatı ilə etiraf etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli Qüsur aktının surətindən görünür ki, “X5” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1711 manat maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, TP7402313 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 469.3-cü və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat inzibati cərimə edilmişdir. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddianın verilməsinə görə 37,11 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə mexaniki nəqliyyat vasitəsinin vurduğu ziyanın ödənilməsi ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan hüquq normasını hazırki iş üzrər tətbiq etdikdə müəyyən olunur ki, nəqliyyat vasitəsinin idarə etmiş şəxs nəqliyyat vasitəsi tərəfindən vurulmuş ziyanın əvəzini ödəməlidir. Ziyanı ödəmək vəzifəsi o halda aradan qalxır ki, nəqliyyat vasitəsini idarə etmiş şəxs vurulmuş ziyanın qarşısıalınmaz qüvvənin təsirindən və yaxud da zərərvurulan əmlakın sahibinin qəsdinin olduğunu sübuta yetirmiş olsun. Hazırki işin hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:10-da Bakı şəhəri, Xəzər rayonu, Hava limanı terminalı yaxınlığında Cavabdeh tərəfindən "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5605 saylı “Daxili Lizinq” Müqaviləsi əsasında lizinqə verilmiş, etibarnamə əsasında idarə etdiyi “Khazar SD minik” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-yə məxsus “X5” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilin arxa bomperini zədələyərək maddi zərər vurmuş, fakt iddia ərizəsinə əlavə edilmiş inzibati xəta haqqında qərar və tərtib edilmiş ziyan aktı ilə öz təsdiqini tapmışdır. Lakin Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də ki, şifahi etirazını bildirməmiş, əsasən də vurulmuş zərərin onun təqsiri nəticəsində deyil, ziyanın qarşısıalınmaz qüvvənin təsiri və yaxud da zərərvurulan əmlakın sahibinin qəsdi nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Belə olan halda məhkəmə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsində qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MPM-nin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 1711 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1711 manat borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 37.11 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3367/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3367/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver