Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3402/2023 23.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı «BANK STANDART QSC» KB-nın Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «BANK STANDART QSC» KB-nın «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “«BANK STANDART QSC» KB-nın xeyrinə xx.xx.2020-ci il tarixli, LM022000184 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh1 417.76 (dörd yüz on yeddi manat 76 qəpik) manat məbləğində əsas borc, 7.67 (yeddi manat, 67 qəpik) manat məbləğində faiz borcu, 3.85 (üç manat, 85 qəpik) manat məbləğində cərimə borcu, 40.08 (qırx manat, 08 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 469.36 (dörd yüz altmış doqquz manat, 36 qəpik) manat məbləğində pulun; 2) xx.xx.2020-ci il tarixli, LM032000089 saylırestrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1772.51 (bir min yeddi yüz yetmiş iki manat, 51 qəpik) manat məbləğində əsas borc, 33.96 (otuz üç manat, 96 qəpik) manat məbləğində faiz borcu, 16.95 (on altı manat, 95 qəpik) manat məbləğində cərimə borcu, 137.75 (bir yüz otuz yeddi manat, 75 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1961.17 (bir min doqquz yüz altmış bir manat, 17 qəpik) manat məbləğində pulun, 44.31 (qırx dörd manat, 31 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı «BANK STANDART QSC» KB ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM022000184 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 1xx/xx/43022/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 417.76 (dörd yüz on yeddi manat 76 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Bundan əlavə, Ləğv prosesində olan QSC “Bank Standard” KB iləCavabdeh1 xx.xx.2020-ci il tarixli, LM032000089 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/99742/15 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1772.51 (bir min yeddi yüz yetmiş iki manat 51 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra – Zamin) xx.xx.2020-ci il tarixli, LM032000089 saylı zaminlik müqaviləsi əsasında restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka xx.xx.2020-ci il tarixli, LM022000184 saylırestrukturizasiya müqaviləsi üzrə 417.76 (dörd yüz on yeddi manat 76 qəpik) manat məbləğində əsas borc, 7.67 (yeddi manat, 67 qəpik) manat məbləğində faiz borcu, 3.85 (üç manat, 85 qəpik) manat məbləğində cərimə borcu, 40.08 (qırx manat, 08 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 469.36 (dörd yüz altmış doqquz manat, 36 qəpik) manat məbləğində borcu qalmışdır. xx.xx.2020-ci il tarixli, LM032000089 saylırestrukturizasiya müqaviləsi üzrə isə cavabdehlərin Banka 1772.51 (bir min yeddi yüz yetmiş iki manat, 51 qəpik) manat məbləğində əsas borc, 33.96 (otuz üç manat, 96 qəpik) manat məbləğində faiz borcu, 16.95 (on altı manat, 95 qəpik) manat məbləğində cərimə borcu, 137.75 (bir yüz otuz yeddi manat, 75 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1961.17 (bir min doqquz yüz altmış bir manat, 17 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «BANK STANDART QSC» KB ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000184 saylı kredit müqaviləsindən görünür ki, «BANK STANDART QSC» KB-nin cavabdehə illik 1% faiz olmaqla, 12 ay müddətinə 417.76 manat məbləğində kreditin ilkin limiti ayrılmışdır. Belə ki, iş materiallarında olan «BANK STANDART QSC» KB ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM032000089 saylı kredit müqaviləsindən görünür ki, «BANK STANDART QSC» KB-nin cavabdehə illik 12% faiz olmaqla, 12 ay müddətinə 1772.51 manat məbləğində kreditin ilkin limiti ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlər xx.xx.2020-ci il tarixli, LM022000184 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh1 417.76 (dörd yüz on yeddi manat 76 qəpik) manat məbləğində əsas borc, 7.67 (yeddi manat, 67 qəpik) manat məbləğində faiz borcu, 3.85 (üç manat, 85 qəpik) manat məbləğində cərimə borcu, 40.08 (qırx manat, 08 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 469.36 (dörd yüz altmış doqquz manat, 36 qəpik) manat məbləğində pulun; 2) xx.xx.2020-ci il tarixli, LM032000089 saylırestrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1772.51 (bir min yeddi yüz yetmiş iki manat, 51 qəpik) manat məbləğində əsas borc, 33.96 (otuz üç manat, 96 qəpik) manat məbləğində faiz borcu, 16.95 (on altı manat, 95 qəpik) manat məbləğində cərimə borcu, 137.75 (bir yüz otuz yeddi manat, 75 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1961.17 (bir min doqquz yüz altmış bir manat, 17 qəpik) manat məbləğində pulun, 44.31 (qırx dörd manat, 31 qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı «BANK STANDART QSC» KB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.31 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, LM022000184 saylı müqavilə üzrə Cavabdeh1 417.76 manat məbləğində əsas borc, 7.67 manat məbləğində faiz borcu, 3.85 manat məbləğində cərimə borcu, 40.08 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 469.36 manat məbləğində pul; xx.xx.2020-ci il tarixli, LM032000089 saylı müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1772.51 manat məbləğində əsas borc, 33.96 manat məbləğində faiz borcu, 16.95 manat məbləğində cərimə borcu, 137.75 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1961.17 manat məbləğində pulun, 44.31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «BANK STANDART QSC» KB hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3402/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3402/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver