Məhkəmə qərarları › İş №e-2(049)-3430/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3430/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3430/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı LPO»Dəmirbank» ASC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 69760766 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcun tələbinə dair iddiası üzrə mülki işə 08 dekabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO»Dəmirbank» ASC-i Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 69760766 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. LPO»Dəmirbank» ASC-nin məhkəmələrdə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə hazırlıq iclasını iştirakları olmadan keçirilməsini və aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq saziini təsdiq edilməsini xahiş etmişdir. Tərəflər rasında aşağıdakı məzmunda barışıq sazişi imzalanmışdır: Bir tərəfdən ləğv prosesində olan ‘'Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş İdarəsinin rəisi X4 şəxsində (bundan sonra İddiaçı" adlanacaq), digər tərəfdən Cavabdeh (ş/v AA*******, etibarlıdır: xx.xx.2032) (bundan sonra “Cavabdeh" adlanacaq), İddiaçı və Cavabdeh (birlikdə bundan sonra “Tərəflər" adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi İmzaladılar. Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3411 nömrəli Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdehdən tutulması tələbinə dair mübahisə, Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin xx.xx.2014-cü il tarixli,, 3411 nömrəli Kredit müqaviləsi üzrə 670,14 ABŞ Dolları əsas, 317.71 ABŞ Dolları faiz, 1725,75 ABŞ Dolları köçürülmüş faiz borcu, 136.31 ÄBŞ Dolları cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü it tarixli, 3411 nömrəli Kredit müqaviləsi üzrə 300 manat məbləğində ödənişin 30 iş günü müddətimdə ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 1200 mədət məbləğində borcun 12 (on iki) ay müddətinə, yəni 2023-cü ilin noyabr ayından başlayaraq, hər ay 100 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. iddiaçı bu Sazişin 2.2-ci bəndində gösterilən borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Har ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.1ci bədində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi uçun müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci-bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X3 hesablanmış digər faiz və çərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərclən və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü İcra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-ci bəndləri ilə müəyyən edilmiş, şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikde, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdlr. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.7.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayersdatərinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işşilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3 mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərafindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunverıçiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı, etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.

Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxıb barışıq sazişinin təsdiq edeilməsini xahiş etmişlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 191, 216-220 və 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı LPO»Dəmirbank» ASC-nin Cavabdeh arasında 27 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı LPO»Dəmirbank» ASC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 69760766 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, xx.xx.2014-cü il tarixli 69760766 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu tələbinə xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar