Məhkəmə qərarları › İş №e-2(049)-3445/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3445/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3445/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 95.64 manat əsas borc, 4.48 manat cərimə borcu - cəmi 100.12 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2023-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlə arasında bağlanmış xx.xx.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqaviləyə əsasən bank cavabdehə cari hesab açaraq plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, cavabdeh isə bankın müəyyən etdiyi tarif üzrə göstərilən bank xidmətlərinə görə ona haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yolverməmək nəzərdə tutulmuşdur. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Cavabdeh iddiaçı tərəfindən açılmış hesab üzrə xx.xx.2023-cü il tarixinə ümumilikdə 100,12 manat məbləğində texniki overdrafta yol vermiş və yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə nəzərdə tutulmuş qaydada ödəməyərək öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixinə 95.64 manat əsas, 4.48 AZN cərimə borcu olmaqla cəmi 100,12 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, tərəflər arasında olan müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh öz öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya 95.64 manat əsas borc, 4.48 manat cərimə borcu - cəmi 100.12 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 100.12 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqaviləyə əsasən bank cavabdehə cari hesab açaraq plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, cavabdeh isə bankın müəyyən etdiyi tarif üzrə göstərilən bank xidmətlərinə görə ona haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yolverməmək nəzərdə tutulmuş, lakin, cavabdeh iddiaçı tərəfindən açılmış hesab üzrə xx.xx.2023-cü il tarixinə ümumilikdə 100,12 manat məbləğində texniki overdrafta yol vermiş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu geri qaytarmamışdır. Nəticədə cavabdehin banka 95.64 manat əsas, 4.48 AZN cərimə borcu olmaqla cəmi 100,12 manat borcu yaranmışdır. Cavabdeh onunla iddiaçı arasında olan müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı məbləği ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 95.64 manat əsas borc, 4.48 manat cərimə borcu cəmi 100.12 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 95.64 manat əsas borc, 4.48 manat cərimə borcu - cəmi 100.12 manat borc məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddianın cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh ödəniş kartları üzrə xidmət göstərilməsi və həmçinin elektron xidmətlər göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilələr əsasında 95.64 manat əsas borc, 4.48 manat faiz borcu, 30.00 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı - cəmi 130.52 manat tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar