Məhkəmə qərarları › İş №e-2(049)-3482/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3482/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3482/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 027A********** saylı ərizə əsasında bağlanmış kredit müqaviləsi üzrə 5014.64 manat məbləğində kredit bоrcu, 835.90 manat məbləğində faiz bоrcu və 309.54 manat məbləğində cərimə olmaqla, cəmi 6160.08 manat, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 027KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1097.75 manat məbləğində kredit bоrcu, 127.82 manat məbləğində faiz bоrcu və 56.29 manat məbləğində cərimə olmaqla, cəmi 1281.86 manat, ümumilikdə cəmi 7441.94 manat məbləğində bоrc və ödənilmiş 94.42 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 027A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.4583 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 9485.36 manat ödəniş etmiş və оnun iddiaçıya 5014.64 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 368 gün üçün hesablanmış faiz borcu 835.90 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 368 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 309.54 manat təşkiledir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa Cavabdeh1 AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027KK**********01 saylı kart kredit müqaviləsiəsasında cavabdehə 36 ay müddətinə, 1100 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh1 əsas borcu üzrə 1097.75 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin 2.3-ci maddəsinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 202 gün üçün hesablanmış faiz borcu 127.82 manat təşkiledir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. xx.xx.2024-cü il tarixə 202 gün üçün hesablanmış cərimə borcu 56.29 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.4583 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14500 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 027G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə bağlanmış 027KK**********01 №-li kart krediti müqaviləsindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə, 1100 manat məbləğində kredit ayrılmışdır. Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 36 ay müddətinə götürdüyü krediti xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-ci tarixədək hər ay 523 manat, sonuncu ay 501.09 manat olmaqla "xxxx" ASC-yə ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 1097.75 manat əsas, 127.82 manat faiz, 56.29 manat məbləğində cərimə olmaqla, ümumilkdə 1281,86 manat borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-cü il tarixli kredit müqaviləsinə əsasən 5014.64 manat əsas, 835.90 manat faiz, 309.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 6160.08 manat borcu vardır. Ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 94.42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027KK**********01 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə aylıq 1.4583% faiz dərəcəsi ilə hesablanmaqla 14500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 ilə 027G**********01 saylı zaminik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şfahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə əsas borc üzrə 5014.64 manat əsas, 835.90 manat faiz, 309.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 6160.08 manat məbləğində borcu mövcuddur. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə bağlanmış 027KK**********01 №-li kart krediti müqaviləsinə Cavabdeh1 aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə, 1100 manat məbləğində kredit ayrılmışdır. Lakin müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ASC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5014.64 manat əsas, 835.90 manat faiz, 309.54 manat məbləğində cərimə olmaqla, ümumilkdə 6160.08 manat məbləğində pul, 94.42 manat dövlət rüsumu, eyni zamanda Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 027KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1097.75 manat məbləğində kredit bоrcu, 127.82 manat məbləğində faiz bоrcu və 56.29 manat məbləğində cərimə olmaqla, cəmi 1281.86 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli 027A********** saylı ərizə əsasında bağlanmış kredit müqaviləsi üzrə 5014.64 manat məbləğində kredit bоrcu, 835.90 manat məbləğində faiz bоrcu və 309.54 manat məbləğində cərimə olmaqla, cəmi 6160.08 manat və ödənilmiş 94.42 manat məbləğində dövlət rüsumunun məbləği tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh1 xx.xx.2022-ci il tarixli 027KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1097.75 manat məbləğində kredit bоrcu, 127.82 manat məbləğində faiz bоrcu və 56.29 manat məbləğində cərimə olmaqla, cəmi 1281.86 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar