Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3492/2023 16.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu iştirakı ilə iddiaçı "Accessbank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq müəyyən etdi̇ : İddiaçı "Accessbank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh vəfat etməsi faktı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən üç il əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 33.85 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı "Accessbank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33.85 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3492/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3492/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver