Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-35/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat - bundan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 10 (on) manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 (bir yüz) manat dövlət rusumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 22% olmaqla 110.000 (bir yüz on min min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi və X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdirlər. Borclu borunu tam ödəmədiyi üçün LPO İddiaçı ASC cavabdehlər X12 (borc alan), X10 (ipoteka qoyan), X7 (ipoteka qoyan) və X13 (ipoteka qoyan) qarşı 18 mart 2014-cü il tarixli 015/14- K saylı kredit müqaviləsi üzrə verilmiş 110.000 manat məbləğində kredit üzrə qalıq əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X12 ve qeyrilərinə qarşı iddiası qismən təmin edildilərək, İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103.244,16 manat məbləğində əsas, 27.698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130.942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılması, ipoteka predmetlərnin ilkin satış qiyməti - ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.mümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat cavabdeh X4 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən cavabdeh X9 hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edilən - Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(106)-534/2024 saylı qərardadı ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-26/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması”nın təmin edilməsi hissəsində ləğv edilmişdir və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh - mərhum X9 vəfatı ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğumuzla tələb olunan məlumatlarla əlaqədar “Elektron Notariat” informasiya sistemində olan bütün məlumatlar əsasən mərhum X9 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində X9 Bank qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul etdiyini və hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edildiyi üçün Cavabdeh tərəfindən icra olunmalı və bu səbəbdən Bank qarşısında Cavabdehlik daşıyır. İddiaçının tələbinin əsaslandığı sənədlər Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-534/2024 saylı qərardadın surətləri,qətnamə üzrə qalıq borc haqqında maliyyə arayışı, AR Ədliyyə Nazirliyinin elektor saydından çıxarış və hesabdan çıxarışlardır. Kredit müqaviləsinin 2.3-cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Aparılan araşdırmalar nəticəsində mərhum X9 əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişləri nəzərə alaraq ödənilməmiş qalan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 10 (on) manat ipoteka pretdmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu faiz, cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat borcun qaytarılması məqsədi ilə ipoteka qoyan, mərhum X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılması barədə faktiki vərəsə Cavabdeh xəbərdar edilmişdi. Beləliklə, xx.xx.2024-cü il tarixinə X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)- 26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməmiş qalan xx.xx.2014cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat təşkil edir. Bundan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 10 (on) manat ipoteka pretdmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat dövlət rüsumu təşkil edir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi ona qarşı “kredit borcun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin iddia səsassız olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, o, cavabdeh mərhum X9 vərəsəsidir. İddiaçı ərizədə qeyd edir ki, "Ədliyyə Nazirliyi “Elektron Notariat” informasiya sisteminidə olan məlumatlara əsasən X9 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Lakin, aparılan araşdırmalar nəticəsində X9 bank qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul edildiyini və hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edildiyi üçün X11 tərəfindən öhdəlik icra olunmalı və bu səbəbdən Cavabdeh bank qarşısında cavabdehlik daşıyır. O, mərhum X9 arvadı kimi vərəsəlik işinin açılmasından ötrü heç bir notarial kontoruna müraciət etməmişdir. Bundan başqa, o, mərhum X9 heç bir öhdəliyini və ya mirasını faktiki və ya formal qəbul etməmişdir. İddiaçı hansı araşdırmanın apardığını və bununla bağlı hansı sübutlara malik olduğuna dair ərizəyə heç bir sənəd əlavə etməmişdir. Bundan başqa, onun X9 hüquqi varisi olduğu heç bir məhkəmə tərəfindən qəbul edilməmiş və bu haqda heç bir məhkəmə aktı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunvericiliyin tələbinə əsasən o, mərhum Tahir Abbasovun mirasını qəbul etdiyi halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyır. Lakin o, mərhum Tahir Abbasovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etməmişdir. Onun ölümü ilə bağlı ona nə vərəsəlik şəhadətnaməsi verilməmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etməyi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda, mərhumun borcu ilə bağlı üzərinə hər hansı öhdəlik qoyula bilməz. Lakin, iddiaçı onun mərhumun hər-hansı bir miras əmlakını qəbul etdiyini, qəbul etdiyi halda hansı dəyərdə miras əmlak qəbul etməyini araşdırmadan mərhumun borcunu bütünlüklə üzərinə qoyması qeyd olunan maddi hüquq normasının tələblərinin pozuntusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151 -ci maddəsinə əsasən mirasa (miras əmlaka)miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələbinə əsasən o, mərhum Tahir Abbasovun mirasını qəbul etdiyi halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyır. Lakin o, mərhum Tahir Abbasovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etməmişdir. Onun ölümü ilə bağlı onlara nə vərəsəlik şəhadətnaməsi verilməmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etməyi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda, mərhumun borcu ilə bağlı üzərinə hər hansı öhdəlik qoyula bilməz. Lakin iddiaçının mirası qəbul etməyi iə bağlı heç bir sübut olmadığı təqdirdə, mərhumun borcunu ondan tələb etməsi yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə ziddir. Bundan başqa, iddiaçı 18,244.16 manat əsas borca 27,698.13 manat faiz hesablamışdır. Bu isə ağılasığmaz bir tələb olmaqla, reallığı əks etdirmir. Faiz borc əsas borcdan təxminən 2 dəfə çoxdur. Bu isə qanunaziddir. Ona görə də, yuxarıda qeyd olunan əsaslara görə, hazırki iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı etiraf etmədi, etirazın dəlillərinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103.244,16 manat məbləğində əsas, 27.698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130.942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılması, ipoteka predmetlərnin ilkin satış qiymətinin - ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.mümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdeh X4 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)- 534/2024 saylı qərardadından görünür ki, hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-26/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması”nın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanmış pretenziya məktubunda Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ödənilməmiş qalan 45.842.29 manat borc, 30 manat dövlət rüsumunun və 10 manat ödənilmiş rüsumunun əvəzi olan vəsaitin 2 gen ərzində LPO İddiaçı ASC-yə ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması məqsədi ilə faktiki vərəsə kimi qəbul etdiyi Lənkəran şəhəri, X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X9 mülkiyyətində olan X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən tam mülkiyyət hüququ ilə mərhum X13 məxsus olmuş Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi üçün Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-2532/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi əmlak növlərinin müstəqil qiymətləndirilməsi xidmətini həyata keçirən "xxxx" MMC-yə tapşırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişləri nəzərə alaraq ödənilməmiş qalan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 10 (on) manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu olmaqla cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat borcu vardır. ********** №-li, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə əlaqə yaradılmasının mümkün olmaması səbəbindən əmlaka baxış keçirmək mümkün olmamışdır. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanıldığı, lakin cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə işə xitam verildiyini bildirib əmlaka baxış keçirilməsi üçün şərait yaratmadığı bildirilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanıldığı, lakin cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə işə xitam verildiyini bildirib əmlaka baxış keçirilməsi üçün şərait yaratmadığı bildirilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 22% olmaqla 110.000 (bir yüz on min min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi və X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdirlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103.244,16 manat məbləğində əsas, 27.698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130.942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılması, ipoteka predmetlərnin ilkin satış qiymətinin - ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.mümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdeh X4 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)-534/2024 saylı qərardadına əsasən hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-26/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması”nın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə mərhum X9 heç bir öhdəliyini və ya mirasını faktiki və ya formal qəbul etmədiyini, onun X9 hüquqi varisi olduğu barədə məhkəmə aktı olmadığını bildirərək iddianı qəbul etmir. Bununla bağlı məhkəmə diqqətin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında yönəldilməsini zəruri hesab edir. Qərarda qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Vərəsəlik hüququ haqqında şəhadətnamə mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin əldə edilməməsi vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X9 iddiaçı (bank) qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul etdiyi və hüquqi varisi kimi qəbul edildiyi üçün hazırki iddia tələbi üzrə cavabdehlik daşıyır. İpoteka predmetinin likvid qiymətinin müəyyən edilməsinə gəldikdə isə həmin qiymətin müəyyən edilməsi üçün qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2532/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icra edilməsinə cavabdeh tərəfindən dəfələrlə maneçilik törədilməsi və nəticədə qərardadın icrasız geri qaytarılması iş materialları ilə təsdiq olunur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin 10 noyabr 2017-ci il tarixli 404/ZB, 405/ZB və 406/ZB saylı rəyinə əsasən X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda qeyd olunanlara əsasən mərhum X9 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 35 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 18.244,16 manat əsas, 27.698,13 manat faiz, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 manat dövlət rüsumu olmaqla cəmi 45.982,29 manat pulun ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın likvid dəyəri 35000 manat müəyyən edilməli və həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Eyni zamanda MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18.244,16 manat əsas, 27.698,13 manat faiz, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 manat dövlət rüsumu olmaqla cəmi 45.982,29 manat pulun ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X9 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan əmlakın likvid dəyəri 35000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracdan satılsın. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-35/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-35/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver