Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3543/2025 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəzz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0.127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi 108,9 kv.m yaşayış 281,2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanmış 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manat məbləğində adi faizlər üzrə borc və xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat məbləğində penya olmaqla, cəmi 25 203,80 (iyirmi beş min iki yüz üç manat 80 qəpik) məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 165,61 (bir yüz altmış beş manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, (kreditor) ASC "Xalq" Bankı ilə Maraqlı şəxs (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən, iddiaçı tərəfindən borcalana 72 (yetmiş iki) ay müddətinə, kreditdən istifadəyə görə illik 13 % (on faiz) ödənilməsi şərtilə, 35 000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "Xalq" Bankı, Borcalan Maraqlı şəxs və ipoteka qoyan Cavabdeh arasında sonuncunun Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında mülkiyyətində olan 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (bundan sonra "İpoteka predmeti" adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №o-li ipoteka müqaviləsi (bundan sonra "İpoteka müqaviləsi" adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "Xalq" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, Borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtı-vaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan Maraqlı şəxs öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə Borc alan Maraqlı şəxs tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, xx.xx.2025-ci il tarixinə Borcalanın İddiaçı qarşısında 25 011 (iyirmi beş min on bir) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Habelə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, ipoteka qoyana "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında" xx.xx.2025-ci il tarixli LKN-XO-1.4.2025-001 saylı Bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Daha sonra iddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixli LKN-XO-1.4.2025-001 saylı Bildirişin qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli LKN-XO-8.4.2025-001 saylı ərizə ilə AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X6 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən bildirişin qeydə alınması həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Borcalan arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: "Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilibedilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də, məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Daha sonra iddiaçı "Xalqbank” ASC iddia tələbi üzrə cavabdeh - Cavabdeh qarşı «xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» iddiasına dəyişiklik edilməsinə dair ərizə təqdim etmiş, həmin ərizədə iddiaçı "Xalqbank” ASC göstərmişdir ki, ВО-ХО-11.9.2025-007 saylı iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən 03 (üç) aydan çox müddət keçdiyini, bununla da borcun artdığını və qeyd edilən müddət ərzində cavabdeh tərəfindən kredit üzrə hər hansı bir ödənişlərin həyata keçirilməməsini nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci və 2-ci bəndlərinə müvafiq dəyişikliyi edib, aşağıdakı məzmunda təqdim edir: 1) xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanmış 2 619,65 (iki min altı yüz on doqquz manat 65 qəpik) manat məbləğində adi faizlər üzrə borc və xx.xx.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1302,05 (bir min üç yüz iki manat 05 qəpik) manat məbləğində penya olmaqla, cəmi 27 274,40 (iyirmi yeddi min iki yüz yetmiş dörd manat 40 qəpik) məbləğində pul vəsaiti və xx.xx.2026-cı il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulsun. 2) İddia ərizəsinin verilməsinə görə 171,82 (bir yüz yetmiş bir manat 82 qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə etdiyini bildirib və məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının digər nümayəndəsi X3 ipoteka predmetinin likvid dəyərinin qiymətləndirilməsi üçün ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri tərəfindən əmlakın dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. Lakin iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, borcları əvvəllər vaxtı-vaxtında ödəmişlər, daha sonra problemlər olduğundan borcu ödəyə bilməmişlər. Borclu olduqlarını qəbul edir. Qətnamə üzrə müəyyən ediləcək məbləği hissəhissə ödəyə bilər. Məhkəmədən göstərdiklərini nəzəərə almağı xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs "xxxx" ASC-dən 72 ay müddətinə, illik 13% dərəcəsi ilə 35.000 (otuz beş min) AZN məbləğində kredit götürmüşdür. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Cavabdeh xx.xx.2009cu il tarixində rəsmi nikaha daxil olmuşlar. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Maraqlı şəxs həyat yoldaşı Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (ev və torpaq sahəsinin) onun bankdan götürəcəyi kreditin təminatı kimi ipotekaya qoyulmasına rəsmi razılıq vermişdir. xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh, həyat yoldaşı Maraqlı şəxs kredit öhdəliyini təmin etmək məqsədilə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,12705 ha torpaq sahəsini və 390,1 kv.m sahəsi olan fərdi yaşayış evini "xxxx" ASC-yə girov qoymuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ipoteka predmeti olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsindəki fərdi yaşayış evində heç kim qeydiyyatda deyil. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Daşınmaz əmlakın reyestr nömrəsi **********45-10301 olan 0.12705 ha ölçüdə torpağ sahəsi üzrə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən 390,1 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli müqavilə əsasında fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcalan kredit ödənişlərini gecikdirdiyi üçün "xxxx" ASC borcun ödənilməsini tələb etmiş, əks halda 30 gün müddətində ipoteka predmetinin (evin) satılmasına başlanacağı barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən mövcud borc hesablanmasına dair cədvəldən görünür ki, xx.xx.2025-ci il tarixinə Maraqlı şəxs "xxxx" ASC qarşısında əsas borc, faizlər və cərimələr daxil olmaqla cəmi 25.203,80 AZN məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün 165,61 AZN m əbləğində dövlət rüsumu ödəmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə əmlakın qiymətləndirilməsi məqsədi ilə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən işə mütəxəssis cəlb edilmiş, qərardad icra olunması üçün ipoteka müqavilədə tərəflərin razılaşdıqları qiymətləndirici "xxxx" MMC-yə göndərilmişdir. Azərbaycan Respublikasi "MBA LTD” MMC qiymətləndirmə şirkəti rəyində göstərmişdir ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində 0.127050 ha torpaq sahəsi üzərində yerləşən 390.1 kv.m ümumi, 108.9 kv.m yaşayış, 281.2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 18 dekabr 2025-ci il tarixə bazar dəyəri 80 000 (səksən min), likvid dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil edir. Torpaq sahəsi (ha) əsasən 32 000 manat, likvid dəyəri 24 800 manat təşkil edir. Tikilinin bazar dəyəri 48 000 manat, likvid dəyəri 43 200 manat təşkil edir. Qiymətləndirmə tarixinə valyuta kursu 1USD=1.70 manat olmaqla qiymətləndirmə valyutası: Azərbaycan manatı üzərindən aparılmışdır. Əmlaka baxış tarixi: 09 dekabr 2025-ci il tarixdə keçirilmiş, Bazar və likvid dəyəri 18 dekabr 2025-ci il tarixə nisbətdə qiymətləndirilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə xx.xx.2026-cı il tarixdə təkrar ekspertiza təyin olunması barədə vəsatət vermiş, həmin vəsatətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən əmlakın bazar və likvid dəyəri müvafiq olaraq 80 000 (səksən min) manat və 68 000 (altmış səkkiz min) manat məbləğində qiymətləndirilməsini əsaslı hesab etməmiş, buna səbəb isə onu göstərmişdir ki, tərəflər arasında sözügedən ipoteka müqaviləsi bağlanan zaman əmlakın bazar qiyməti 54 000 (əlli dörd min) manat, likvid qiyməti isə 50 500 (əlli min beş yüz) manat dəyərində müəyyən edilmişdir. Hesab edirik ki, 03 (üç) ilə yaxın müddət ərzində qiymətlərin sözügedən əmlak üzrə bazar dəyərinə nisbətdə 26 000 (iyirmi altı min) manat, likvid dəyərinə nisbətdə isə 17 500 (on yeddi min beş yüz) manat dəyərində artması reallığı əks elətdirmədiyindən Cavabdeh məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin və qeyd edilən əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi müstəqil qiymətləndirici təşkilatlardan birinə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin məzmununa görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə hesab edir ki, borclunun kreditor qarşısında öz müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi üçün öhdəliyin icra edilməməsinin yaratdığı nəticələrə görə iddiaçının qarşısında cavabdeh məsuliyyət daşıyır və o, öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin məhkəməyə xx.xx.2026-cı il tarixdə təkrar ekspertiza təyin olunması barədə göndərdiyi vəsatətlə bağlı qeyd edir ki, təkrar qiymətləndirmə prosessinin aparılması lüzumsuzdur. Belə ki, MPM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Xalqbank ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 nömrəli ipoteka müqaviləsində göstərilmişdir ki, müqavilənin məqsədləri üçün tərəflər müstəqil, obyektiv və səriştəli hesab etdikləri daşınmaz əmlak qiymətləndiriciləri olaraq «Roveks Konmark», «Veto-Consulting» və "xxxx" MMC razılaşmışlar. Göründüyü kimi, tərəflərin müqavilədə razılaşması üzrə göstərilən "xxxx" MMC-yə fərdi yaşayış evinin qiymətləndirilməsi tapşırılmış, buna uyğun öz rəyini vermişdir. Məhkəmə qiymətləndiricinin rəyində anlaşılmazlıq yaxud da ziddiyyət müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlmişdir ki, təkrar qiymətləndirmə prosesinin aparılması işə baxılmasının lüzumsuz uzadılmasına səbəb olacaqdır. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən iddia həcminin artırılması ilə əlaqədar verdiyi xx.xx.2026-cı il tarixli ərizədə həmin tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanmış 2 619,65 (iki min altı yüz on doqquz manat 65 qəpik) manat məbləğində adi faizlər üzrə borc və həmin tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1302,05 (bir min üç yüz iki manat 05 qəpik) manat məbləğində penya ilə razılaşmır və qeyd edilən məbləğlərin ilkin iddia tələbində göstərilən miqdarda təmin edilməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 119.3-ü maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 165,61 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli. İddia həcminin artırılması barədə ərizənin verilməsi üçün ödənilmiş 6,21 manat məbləğdə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-ci maddəsinin tələbinə və işin faktik hallarına görə iş üzrə qiymətləndirici rəyinin verilməsi ilə bağlı şifahi vəsatəti iddiaçının nümayəndəsi versə və nəticə etibarı ilə ipoteka predmetinin likvid dəyəri müqavilədə göstərilən qiymətdən xeyli miqdarda artıq olmasına baxmayaraq Azərbaycan Respublikasi "MBA LTD” MMC qiymətləndirmə şirkəti tərəfindən rəy verilməsi üçün çəkilmiş xərc cəmi 300,00 manat xərc tərəflər arasında bərabər bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0.127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi 108,9 kv.m yaşayış 281,2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat olmaqla açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/014N04A01276322 №-li kredit müqaviləsi üzrə 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borc, 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manat məbləğində faiz borc, 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat məbləğində penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc, cəmi 25 254,80 (iyirmi beş min iki yüz əlli dörd manat 80 qəpik) məbləğində pul vəsaiti və 165,61 (bir yüz altmış beş manat 61 qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına tutulsun. Satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğ Cavabdeh qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilən 171,82 manat dövlət rüsumu məbləğinin 6,21 manatdan ibarət hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia tələbinin digər hissələri təmin edilməsin. Azərbaycan Respublikası "MBA LTD” MMC qiymətləndirmə şirkəti tərəfindən rəy verilməsi üçün çəkilmiş 300,00 manat xərcinin 150,00 manatdan ibarət hissəsi Cavabdeh, 150,00 manatdan ibarət hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "MBA LTD” MMC-nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3543/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3543/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver