Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3554/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, iddiaçı QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC «Bank Standart» KB kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900138 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 485.27 (dörd yüz səksən beş manat 27 qəpik) manat məbləğində əsas borc, 6.07 (altı manat, 07 qəpik) manat məbləğində faiz borcu, 0.08 (sıfır manat 08 qəpik) manat cərimə borcu, 71.75 (yetmiş bir manat, 75 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 563.17 (beş yüz altmış üç manat, 17 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh(bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM101900138 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 1xx/xx/47171/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 711.45 (yeddi yüz on bir manat 45 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2020-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 485.27 (dörd yüz səksən beş manat 27 qəpik) manat məbləğində əsas borc, 6.07 (altı manat, 07 qəpik) manat məbləğində faiz borcu, 0.08 (sıfır manat 08 qəpik) manat cərimə borcu, 71.75 (yetmiş bir manat, 75 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 563.17 (beş yüz altmış üç manat, 17 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Lənkəran şəhər icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900138 saylı restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə, illik 1% olmaqla 711.45 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək aylıq 59.02 manat, sonuncu ayda isə 59.56 manat olmaqla 12 ay müddətinə ümumilikdə 711.45 manat ödənilməlidir. Maliyyə Arayışından görünür ki, xx.xx.2023-cü il tarixlə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 485.27 manat məbləğində əsas borc, 6.07 manat məbləğində faiz borcu, 0.08 manat cərimə borcu, 71.75 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 563.17 manat borcu yaranmışdır. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı QSC «Bank Standart» KB-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, ləğv prosesində olan QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh(bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM101900138 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 1xx/xx/47171/13 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 711.45 (yeddi yüz on bir manat 45 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2020-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC «Bank Standart» KB-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 485.27 manat məbləğində əsas borc, 6.07 manat məbləğində faiz borcu, 0.08 manat cərimə borcu, 71.75 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə cəmi 563.17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu QSC «Bank Standart» KB-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-08-44 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 "xxxx" yanvar 2022-ci il İş № 2(049)-437/2022 İddiaçı: QSC «Bank Standart» KB Bakı şəhəri, H.Zərdabi pr, 81K Cavabdeh: Cavabdeh oğlu qızına Lənkəran şəh., İ.Qayıbov küç., ev 12 Cavabdeh: X2 Lənkəran şəh., Z.Əliyeva küç., ev 78/18, m 53 Lənkəran Rayon Məhkəməsinin 2(049)-437/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi Sizə göndərilir. Qoşma: Qətnamənin surəti – 03 (üç) vərəq. Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-08-44 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 "xxxx" yanvar 2022-ci il İş № 2(049)-437/2022 İCRA VƏRƏQƏSİ İddiaçı QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh oğlu qızı və X2 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh oğlu qızı və X1 müştərək qaydada QSC «Bank Standart» KB-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 379.39 manat əsas borc, 0.95 manat faiz və 0.95 manat cərimə borcu olmaqla ümumillikdə cəmi 383.35 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu QSC «Bank Standart» KB-nin xeyrinə ödənilsin. Qətnamənin surəti icra vərəqəsinə əlavə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuruna öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Cavabdeh oğlu qızı, ünvan: Lənkəran şəh., İ.Qayıbov küç., ev 12 Təvəllüd xx.xx.1976-cı il. Borclunun adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: X3, ünvan: Lənkəran şəh., Z.Əliyeva küç., ev 78/18, m 53 Təvəllüd xx.xx.1973-cü il. Tələbkarın adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: QSC «Bank Standart» KB, ünvan: Bakı şəhəri, H.Zərdabi pr, 81K İcra vərəqəsi 24 fevral 2022-ci il tarixdə verilmişdir. M.Y Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-08-44 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 "xxxx" fevral 2022-ci il İş № 2(049)-437/2022 Lənkəran rayon icra və Probasiya Şöbəsinə İddiaçı QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh oğlu qızı və X2 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcranın nəticəsi barədə Lənkəran Rayon Məhkəməsinə rəsmi məlumat verməyiniz xahiş olunur. Qoşma: İcra vərəqəsi və qətnamənin surəti - 04 (dörd) vərəq. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-3554/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3554/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver