Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3574/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: “BOKT "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə, yəni Cavabdeh vəfatından 02 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Eyni zamanda, iddiaçı işin məhkəmə araşdırması dövründə də ölmüş şəxsin hüquq varisləri ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürdüyündən, habelə, onun vəfatından sonra 2 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı onun hüquq varisi ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət vermədiyindən iddia tələbinin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Ləğv “BOKT "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1.
Məhkəmə qərarları › İş №e-2(049)-3574/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3574/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver