Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3617/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi İddiaçı MMQBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı MMQBKT cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında baglanmış xx.xx.2023-ci il tarixli **********0254 saylı kredit muqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması uçun illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8500 AZN məbləgində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 457 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nagdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0254 -1208659 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********0254 -1259185 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********0254 -646459 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözu gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbindən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmiş faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasinda baglanmiş kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləginin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, X4 oglu üzərinə düşən öhdaliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMQBKT məhkəmədən cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 7673 manat, faiz borcu üzrə 1914.56 manat, cərimə üzrə 542.05 manat olmaqla, cəmi 10129.61 manat məbləğində borcun və 120.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMQBKT-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ərizə verərək iddianın cərimə hissəsi istisna olmaqla qəbul etdiklərini, hazırki məhkəmə iclası barədə digər Cavabdeh4 da məlumatlı olduğunu və növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etdilər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 03 yanvar 2023-cü il tarixli **********0254 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı MMQBKT tərəfindən Cavabdeh3 25% olmaqla 24 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, **********0254 -1208659 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********0254 -1259185 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********0254 -646459 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit verilərkən Cavabdeh3 zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 457 manat, sonuncu ay 448 manat olmaqla cəmi 10959.0 manatı İddiaçı MMQBKT-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 7673 manat, faiz borcu üzrə 1914.56 manat, cərimə üzrə 542.05 manat olmaqla, cəmi 10129.61 manat məbləğində borcu vardır. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 120.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı MMQBKT-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kredit öhdəliyinin təmin edilməsi üçün İddiaçı MMQBKT ilə X3, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə Zaminik Müqaviləsi bağlanmış və zaminlər, müqavilənin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMQBKT verdiyi krediti, həmin kreditə hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMQBKT qarşısında borclu Cavabdeh3 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7673 manat məbləğində əsas borc, 1914.56 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, cəmi 9637.56 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçı “Finca Azərbaijan” MMQBKT-na verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 iyun 2015-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə əsas borc 7673 manat təşkil etdiyi halda, 542.05 manat cərimə borcu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 50 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 120.40 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan tutularaq iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı MMQBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0254 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, X3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7673 manat məbləğində əsas borc, 1914.56 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, cəmi 9637.56 manat məbləğində pul və 120.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMQBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(049)-3617/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3617/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver