Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3626/2025 05.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 5451,47 (Beş min dörd yüz əlli bir manat 47 qəpik) manat, faiz üzrə 1004,35 (Bir min dörd manat 35 qəpik) manat, cəmi 6455,82 (Altı min dörd yüz əlli beş manat 82 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 85,00(Səksən beş manat 00 qəpik) manat məbləğində vəsaitin tutularaq "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" Kredit İttifaqı MMCi(“Borcverən”) ilə borclu Cavabdeh2 (“Borcalan”) oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02685-1974-01(“Müqavilə”) saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 5820,00(Beş min səkkiz yüz iyirmi manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə “Borcalan”-a kredit xətti daxilində xx.xx.2023-cü il tarixli 059№-li ödəniş tapşırığı ilə 5820,00(Beş min səkkiz yüz iyirmi manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 xx.xx.2023-cü il tarixli 02685-1974-01/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış “Müqavilə”-nin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə “Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün “Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir nəticə olmamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 56№-li bildirişlə “Borcalan”-na və xx.xx.2025-ci tarixli 57№-li bildirişlə zamininə rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 10(on) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq ərizə verərək bildirib ki, cavabdehlər tərəfindən 1188 manat ödəniş olmuş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmin azaldılması zərurəti yaranmışdır. Ona görə də, iddia tələbinin dəyişdirilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumillikdə 5267.87 manat və ödənilmiş 85 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq Hacı-Kredit İttifaqına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməsnə etirazı olmadığını, həqiqətən kredit götürüldüyünü müəyyən ödənişlər aparıldığını, hazırda 5267,87 manat borcu olduğunu qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02685-1974-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" Kredit İttifaqı MMC tərəfindən 36% olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə 5820.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02685-1974-01/Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşlər. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli 02685-1974-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 5820.00 manat məbləğində kredit götürmüşdür. 10 sentyabr 2025-ci il tarixə üzrə 5451,47 (beş min dörd yüz əlli bir manat 47 qəpik) manat, faiz üzrə 1004,35 (bir min dörd manat 35 qəpik) manat, cəmi 6455,82 (altı min dörd yüz əlli beş manat 82 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmişöhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görəöhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isəöhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeydolunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə iləayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki,mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbini müzakirə edərkən, məhkəmə aşağıdakı qənaətə gəlir. Beləki, iddiaçı öz tələbində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5267.82 (beş min iki yüz altmış yeddi manat səksən iki) manat kredit borcunun tutulmasını xahiş etmişdir və məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5267.82 (beş min iki yüz altmış yeddi manat səksən iki) manat məbləğində pul və dövlət rüsumuna görə 85 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3626/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3626/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver