Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3642/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5295,5 AZN əsas, 542,08 AZN faiz, 40,81 AZN cərimə olmaqla, cəmi 5.878,39 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 79.19 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, hazırki iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən 78,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin bank hesabına qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC (VÖEN: **********) tərəfindən “Hökumət Ödəniş portalı”vasitəsilə ödənilmiş (Asan Pay vasitəsilə ödənilmiş qəbzin nömrəsi: **********) 78,79 (yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin bank hesabına qaytarılsın. Qərardadın icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan ərizənin geri qaytarılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3642/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3642/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver