Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3647/2025 12.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştiraklarıı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesində) iddia ərizəsilə məhkəməyə müraciət edərək, 20 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)200919-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 8.215,34 (səkkiz min iki yüz on beş manat 34 qəpik) manat məbləğində borcun-bundan 7.472,99 (yeddi min dörd yüz yetmiş iki manat 99 qəpik) manat əsas borcun, 376.27 (üç yüz yetmiş altı manat 27 qəpik) manat faiz və 366,08 (üç yüz altmış altı manat 08 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 102.15 (yüz iki manat 15 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 20 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)200919-01 nömrəli kredit müqaviləsinə əsasən 3 aprel 2015-ci il tarixli LAN-142780/15 nömrəli kredit müqviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7.573,47 (yeddi min beş yüz yetmiş üç manat 46 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 20 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılması üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də, Cavabdeh1 20 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)200919-01 nömrəli kredit müqaviləsi üzrə 12 sentyabr 2025-ci il tarixə banka ödənilməmiş cəmi 8.215,34 (səkkiz min iki yüz on beş manat 34 qəpik) manat məbləğində borcu vardır. Bundan 7.472,99 (yeddi min dörd yüz yetmiş iki manat 99 qəpik) manat əsas borc, 376.27 (üç yüz yetmiş altı manat 27 qəpik) manat faiz və 366,08 (üç yüz altmış altı manat 08 qəpik) manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, cavabdehlərin də iş barədə məlumatlı olduğunu, lakin işə məsuliyyətsiz yanaşdıqlarını bildirərək, borcun birgə qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək, eyni qaydada, borcun birgə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və və vaxtı barədə məlumatlandırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi iclasa gəlməmiş, iddia ərizəsində onların iştirakı olmadan işə baxılmasını və tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər X3 və Cavabdeh4 məhkəmə iclasına gələməmiş və iddia tələbinə münasibətlərini bildirməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehlər X3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan Əsas borclu Cavabdeh1 nəzərdə tutulmuş ödəniş cədvəlindən müəyyən olunur ki, ***-*******FİMSA(B)200919-02 müqavilə üzrə xx.xx.2025ci il tarixdən faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə və 12 ay güzəştə, 7573.47 manat kredit məbləğində borc verilmişdir. (Güzəştli şərtlərlə kreditin verilməsinə dair) MBNP ***-*******FİMSA(B)200919-01 nömrəli, xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bir tərəfdən "xxxx" ASC-nin X1 V.İ.E X4 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 şəxsində müəyyən şərtlər əsasında bu müqavilə bağladılar. "Kredit alan" kreditdən Bankın Lonkəran filialı ilə imzalamış 3 aprel 2015-ci il tarixli LAN 142780/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizastyasi məqsəd üçün istifadə edəcəkdir. Güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə "Kredit alan"a "Kredit verən" tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Bu müqavilə üzrə "Kredit alan"a 7573 (yeddi min beş yüz yetmiş üç) 47 (qırx yeddi) manat məbləğində güzəştli kredit verilir. Kredit məbləği kreditin "Kredit alan" üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi souncu gün "Kredit alan" tərəfindən "Kredit verən"in hesabına nağd va ya köçürmə yolu ilə bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. "Kredit alan" kreditdən istifadəyə görə "Kredit verən"ə illik 1 (bir) % faiz ödəyir. Bu müqavilə üzrə güzəştli kredit 60 ay müddətinə verilir. Kreditin illik faiz dərəcəsini İ (bir) faizdən, kreditin müddətini isə 60 (altmış) aydan çox olmayan müddətə müəyyənləşdirir. Kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddini 5 (beş) il müddətina 0.1 faizdən çox olmayaraq müəyyənləşdirir. Bundan əlavə olaraq da, digər şərtlər müqavilədə müəyyənləşdirilmişdir. "***-*******FİMSA(B)200919-01/ZAM/1 nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, bir tərəfdən İddiaçı ASC X2 V.İ.F X4 şəxsində (“Bank”), bir tərəfdən Cavabdeh4 şəxsində (“Zamin”), digər tərəfdən Cavabdeh1 şəxsində (“Borcalan”) aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar. Zamin bank qarşısında Borcalanın xx/xx/2019 tarixli ***-*******FİMSA(B)200919-01 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür." "***-*******FİMSA(B)200919-01/ZAM/2 nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, bir tərəfdən İddiaçı ASC X2 V.İ.F X4 şəxsində (“Bank”), bir tərəfdən Cavabdeh2 şəxsində (“Zamin”), digər tərəfdən Cavabdeh1 şəxsində (“Borcalan”) aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar. Zamin bank qarşısında Borcalanın xx/xx/2019 tarixli ***-*******FİMSA(B)200919-01 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür." ***-*******FİMSA(B)200919-01/ZAM/3 nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, bir tərəfdən İddiaçı ASC X2 V.İ.F X4 şəxsində (“Bank”), bir tərəfdən Cavabdeh3 şəxsində (“Zamin”), digər tərəfdən Cavabdeh1 şəxsində (“Borcalan”) aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar. Zamin bank qarşısında Borcalanın xx/xx/2019 tarixli ***-*******FİMSA(B)200919-01 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində ***-*******FİMSA(B)200919-02 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən illik 1% faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 7573.47 AZN məbləğində kredit verilsə də, qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, nəticədə 08 avqust 2023-cü il tarixinə əsas borc 7572.99 AZN, faiz borcu 287.62 AZN, cərimə borcu 0 AZN, ümumilikdə isə 7860.61 AZN məbləğində borc qalmışdır. Bank tərəfindən borcun 3 gün ərzində ödənilməsi tələb olunur, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilir. "xx.xx.2019–xx.xx.2021-ci il tarixləri arasında olan hesabdan çıxarış sənədindən görünür ki, 21210 nömrəli hesabı üzrə kredit əməliyyatları aparılmış, xx.xx.2019-cu il tarixində 9164.90 AZN məbləğində kredit verilmiş, ödənişlər nəticəsində xx.xx.2021-ci il tarixinə qalıq 7662.51 AZN olmuşdur. xx.xx.2019–xx.xx.2025-ci il tarixləri arasında olan hesabdan çıxarış sənədindən görünür ki, 41010 nömrəli cari hesabı üzrə 50.00 AZN məbləğində onlayn ödəniş edilmiş və bu məbləğ faiz borcunun ödənilməsi üçün hesaba köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC (Ləğv prosesində) məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 102.15 AZN dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC (Ləğv prosesində) qarşısında birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 102.15 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə qaydada 20 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)200919-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 8.215,34 (səkkiz min iki yüz on beş manat 34 qəpik) manat məbləğində borc, yəni 7.472,99 (yeddi min dörd yüz yetmiş iki manat 99 qəpik) manat əsas borc, 376.27 (üç yüz yetmiş altı manat 27 qəpik) manat faiz və 366,08 (üç yüz altmış altı manat 08 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 102.15 (yüz iki manat 15 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin (Ləğv prosesində) xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsi vasitəsilə yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3647/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3647/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver