Məhkəmə qərarları › İş №e-2(049)-3705/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3705/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3705/2022 08.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Qeyri Bank Kredit X2 Müəssisəsinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qeyri Bank Kredit X2 Müəssisəsi «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Finca Azərbaycan" QB KT MMC-nin xeyrinə 2023.30 manat əsas borcun,41.74 manat faiz borcun, 0,0 manat cərimə, cəmi 2065,04 manat borcun,0,40 manat xidmət haqqının və 41.00 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ““Finca Azərbaycan" QB KT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********42 saylı Azarbaycan Respublikasi Prezidenti canab llham Aliyevin 28 fevral 2019-cu il tarixli "Azarbaycan Respublikasinda fiziki Şəxslarin problemli kreditlarinin halli ila bagh alava tadbirlar başlıqda" Fərmanın maddasina uygun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Muqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanin vaxti kecirmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixa 2023.30 AZN (iki min iyirmi üç manat, otuz qapik) galiq mablagi illik 1% faiz daracasi olmaqla va 1 (bir) il güzəşt müddəti müəyyən edilmakla 5 (beş) il kredit kredit verilmişdir. Hamin kredit miiqavilasina Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.74 AZN, dörd il müddətinda isə hər ay 43.03 AZN olmaqla bərabər hissələrdə ödəniş etmasi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə görə borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank borcalana bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu Borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Qeyri Bank Kredit X2 Müəssisəsinin Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********1042 saylı kredit müqaviləsindən görünür ki,“Finca Azərbaycan" QB KT MMC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 3275 manat kredit verilmişdir. . İş materiallarında olan “Finca Azərbaycan" QB KT MMC tərəfindən xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh **********1042saylı kredit müqaviləsinə əsasən banka 2023.30 manat əsas borcu, 41.74 manat faiz borcu, 0,00 manat cərimə, cəmi 2065.04 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı «“Finca Azərbaycan" QB KT MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 41.00 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 2023.30 manat əsas borc, 41,74 manat faiz borcu, cəmi 2065.04 manat borc, 0,40 manat xidmət haqqı və 41 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X3 X2 Müəssisəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar