Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3721/2025 19.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, İddiaçı X1 QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı X1 QBKT-nın sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, cəmi 400.80 manat, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, cəmi 1078.36 manat borc və 34.80 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehlərin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehlərə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini Cavabdeh2 xx.xx.2025-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2025-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarnı, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1272 saylı Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bagli əlavə tədbirlər haqqında" Fərmanın 6-cı maddəsinə uygun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1172.01 manat, həmçinin eyni tarixli **********1262 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə imzalanan tarixə 514.85 manat qalıq məbləğlər illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1272 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.01 manat, dord il müddətində isə hər ay 24.93 manat, **********1262 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.44 manat, dord il müddətində isə hər ay 10.95 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmcinin, kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1272-648359 və **********1262-648359 saylı zaminlik müqavilələri ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 zamin qismində kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, cəmi 400.80 manat, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, cəmi 1078.36 manat borcu hesablanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiklərinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.80 manat dövlət rüsumu ödəmişdir. İddiaçı hazırda xx.xx.2019-cu il tarixli **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, cəmi 400.80 manat, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, cəmi 1078.36 manat məbləğini və dövlət rüsumu kimi ödənilmiş 34.80 manat məbləği cavabdehdən tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1272 saylı Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bagli əlavə tədbirlər haqqında" Fərmanın 6-cı maddəsinə uygun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1172.01 manat, həmçinin eyni tarixli **********1262 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə imzalanan tarixə 514.85 manat qalıq məbləğlər illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1272 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.01 manat, dord il müddətində isə hər ay 24.93 manat, **********1262 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.44 manat, dord il müddətində isə hər ay 10.95 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə eyni tarixli, **********1272- 648359 və **********1262-648359 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.80 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, cəmi 400.80 manat, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, cəmi 1078.36 manat borc və 34.80 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, cəmi 400.80 manat, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, cəmi 1078.36 manat məbləğlərinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 34.80 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2019-cu il tarixli **********1262-648359 nömrəli kredit müqaviləsi üzrə 394.70 manat əsas, 6.10 manat cərimə, **********1272-648359 nömrəli kredit müqaviləsi üzrə 1058.67 manat əsas, 19.69 manat cərimə, 34.80 manat dövlət rüsumu-cəmi 1513.96 manat tutularaq İddiaçı X1 QBKTnın hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-3721/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3721/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver