Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3943/2025 12.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi və vəkili oğlunun iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10453.97 manat əsas, 822.46 manat faiz borcu, 3797.59 manat cərimə, cəmi 15074.02 manat, 136 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 810 manat xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 37400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh götürdüyü borcun qaytarılmasına dair üzərinə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin hazırda "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 10453.97 manat əsas, 822.46 manat faiz borcu, 3797.59 manat cərimə, cəmi 15074.02 manat borcu yaranmışdır. Cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 136 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə 810 manat ödənilmişdir. İddiaçı cavabdehdən cəmi 15074.02 manat borc, 136 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 810 manat xidmət haqqı məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilən məzmunda izahat verərək hazırki iddia tələbini müdafiə etdiyini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatı, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilə və həmin müqavilə üzrə ödəniş cədvəli, xx.xx.2025-ci il tarixli bildiriş, xx.xx.2025-ci il tarixli maliyyə arayışı və xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 37400 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borc və faiz borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, müqavilə üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 136 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə 810 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı cavabdehin 10453.97 manat əsas, 822.46 manat faiz borcu, 3797.59 manat cərimə, cəmi 15074.02 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 15074.02 manat borc, 136 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 810 manat xidmət haqqı məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə və təhvil-təslim aktına, xəbərdarlıq məktubuna və maliyyə arayışına istinad edir. Cavabdeh iddiaçının tələbinə dair məhkəməyə etiraz göndərərək cərimə borcuna dair hissədə tələbin təmin edilməməsini xahiş etsə də, məhkəmə iclaslarına gəlməmiş, hazırki iş üzrə dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və iddiaçı tərəfin hazırki iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən cavabdeh borcunu ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilədə və qanunvericilikdə nəzərdə tutulan qaydalara da riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10453.97 manat əsas, 822.46 manat faiz borcu tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3797.59 manat cərimə tutulmasına dair hissəsi qismən - 600 manat həddində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 136 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçıya göstərilən hüquqi xidmətin iddia ərizəsinin tərtib olunmasından və məhkəmə iclaslarında nümayəndənin iştirakından ibarət olmasını nəzərə alaraq göstərilən hüquqi yardımın 300 manat məbləğində müəyyən edilməsini ağlabat məbləğ kimi hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10453.97 manat əsas, 822.46 manat faiz borcu, 600 manat cərimə, cəmi 11876.43 manat, 136 manat məbləğində dövlət rüsumu və həmçinin iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 300 manat xidmət haqqı məbləği tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3943/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3943/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver