Məhkəmə qərarları › İş №e-2(049)-4024/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4024/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4024/2024 05.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 1456.53 manat məbləğində əsas bоrc və 233.19 manat faiz borcu оlmaqla, cəmi 1689.72 manat borcun və 37.09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək zərurəti yarandığı üçün Cavabdeh qarşı qaldırılmış iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 37.09 manat dövlət rüsumu ödəmişdir Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işin ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçı ASC tərəfindən ödənilmiş 37.09 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar