Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-406/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bankının nümayəndəsi və vəkili Bakı şəhəri “Alyans” vəkil bürusunun vəkili: Vəkil, cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyət cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə müştərək qaydada iddiaçının xeyrinə 6324 AZN əsas 6151.36 AZN faiz üzrə,16193.91 AzN cərimə üzrə cəmi 22517.91 AZN borcun və iş üzrə dövlət rüsumu olaraq 157.55 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bank Olmayan Kredit Təşkilatı” "xxxx"Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 011-20-002 sayla kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 48% odəmək şərtilə 7224 AZN məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqviləsinin 1-ci maddəsinə görə bu müqaviləyə borcverən yuxarıda qeyd olunana məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir.Həmin müqaviləni 2.7-ci bəndinə əsasən borclu müqavilə üzrə müəyyən edilmiş borcu aldığı gündən etibarən illik 48 faizlə kreditorun ona təqdim etdiyi.günə əsasən kredit və faiz borclarını ödəməlidir..Bundan başqa cavabdehlər Cavabdeh1 011- 2020-002 saylı xx.xx.2022-ci il tarixli Zaminilik Müqaviləsinin imzalamaqla “Zaminlik” kimi borcala”ın yuxarıda qetd olunan kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi təqdirdə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədiyi təqdirdə müqavilə üzrə müəyyən edilmiş əsasa borc kreditdən istifadəyə görə faiz borcları, “ Borcalan”ın öhdəliklərin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə puluŞ vurulmuş zərərin əvəz, borc tutulması üzrə məhkəmə xərcləri və diğər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür.Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış məhkəmədən kənar qaydada həll edilməsi barədə (peretenziya qaydada həll olunma) heç bir nəticə verməmişdir.Odurki məhkəməyə müraciət qərarına gəlmişdir. Daha sonra iddiaçının vəkili Vəkil Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə tələblərinə uyğun olaraq iddi tələbinin həcmini artıraraq hüquqi xidmət göstərilməsi üçündə 200 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh2 iddianı qismən qəbul edərək iddiada göstərilən 6324 manat əsas, 6151,36 manat faiz, 157,55 manat borcun ödənilməsini qəbul etmiş lakin cərimə məbləğini qəbul etmədiyini bildirmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdeh X1 rəsmi məlumat verilməsinə baxmayaq gəlməmiş gəlməməsi barədədə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış müqavilədən görünür ki, “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyət ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 011-20-002-ci il tarixində kredit verilməsi haqqında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 48 faiz ödənilməsi şərti ilə 7224 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2022-ci il tarixli, 011-2020-002 saylı zaminlik müqavilələrindən dən görünür ki, “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqavilələri bağlanmış Cavabdeh2 ilə “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyət arasında xx.xx.2022-ci il tarixində kredit verilməsi haqqında 011/20-002 saylı kredit müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 157.55 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 ünvanlanmış xəbərdarlıq bildirişlərindən görünür ki, ona 3 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan istehlak məqsədi ilə 7224 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 zamin kimi öhdəliyi üzərinə götürmüş, qeyd olunan məbləğ iddiaçı tərəfindən Cavabdeh1 verilsə də, cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək öhdəliyin icrasından boyun qaçırmışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunvericilik dəbbə pulunun azaldılmasını müəyyən etmişdir. Məhkəmə, cavabdehlərin maddi vəziyyətini eləcə də cərimə məbləğinin 16193.91 manat olmaqla əsas məbləğ olan 6324 manatın dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasını, olmasını nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalıdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdeh X3 iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 ilə müştərək qaydada 6324 manat əsas borc, 6151.36 manat faiz borcu, 6193 manat cərimə borcu və hüquqi xidmət üçün odənilmiş 200 manat ümumilikdə 18.868.36 manat borc və 157.55 manat dövlət rüsumu alınaraq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı” "xxxx" Qapalı Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-406/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-406/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver