Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-423/2024 09.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı X2 QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyətli QBKT-nın sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə 1297.33 manat əsas borc, 32.98 manat dövlət rüsumu məbləğininin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh2 və Cavabdeh1 bildirişi xx.xx.2023-cü il tarixdə, Cavabdeh3 isə bildirişi xx.xx.2023-cü il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********1646 saylı, kredit müqaviləsinə əsasən borcluya illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmcinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1646 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********1646 - 745660 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşlar. Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 zamin qismində kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh2 xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə 1297.33 manat əsas borcu hesablanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlər müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiklərinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32.98 manat dövlət rüsumu ödəmişdir. İddiaçı hazırda xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə 1297.33 manat əsas borc məbləğini və dövlət rüsumu kimi ödənilmiş 32.89 manat məbləği cavabdehlərdən birgə qaydada tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli **********1646 saylı Kredit Müqaviləsinə əsasən illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə Cavabdeh2 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32.98 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə cəmi 1297.33 manat borc və 32.98 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə 1297.33 manat əsas borc məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 32.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli **********1646 nömrəli kredit müqaviləsi üzrə 1297.33 manat əsas borc, 32.98 manat dövlət rüsumu- cəmi 1330.31 manat birgə qaydada tutularaq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nın hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-423/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-423/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver