Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4253/2025 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib Cavabdeh əsas borc üzrə 4515,0 (dörd min beş yüz on beş) manat, faiz borc üzrə 1678,74 (bir min altı yüz yetmiş səkkiz manat 74 qəpik) manat olmaqla, cəmi borc 6193,74 (altı min bir yüz doxsan üç manat 74 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 81,93 (səksən bir manat 93 qəpik) manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər sakini Cavabdeh ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 27/14-LF saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 27%-lə 5000,0 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmşdür. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 4515,0 manat, faiz borcu üzrə 1678,74 manat olmaqla, cəmi 6193,74 (altı min bir yüz doxsan üç manat 74 qəpik) manat təşkil edir. Tərəflərindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı pretenziya məktubu göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: 23 iyul 2014-cü il tarixli 27/14-LF saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 27%-lə 5000 manat kredit məbləği ayrılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 27/14-LF saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4515 manat, faiz borc üzrə 1678,74 manat olmaqla, cəmi borc 6193,74 manat borcu vardır. 23 iyul 2014-cü il tarixli 27/14-LF kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 24 ay müddətində hər ay 272 manat olmaqla xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı QSC BOKT qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı tərəfindən 81.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC BOKT ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC BOKT arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27/14-LF saylı kredit müqaviləsi üzrə yanarmış əsas borc üzrə 4515 manat, faiz borc üzrə 1678,74 manat olmaqla, cəmi borc 6193,74 manat və məhkəməyə iddia verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 81.93 manat cavabdehdən tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-210-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 iyul 2014-cü il tarixli 27/14-LF saylı kredit müqaviləsinə əsas borc üzrə 4515 manat, faiz borc üzrə 1678,74 manat olmaqla, cəmi borc 6193,74 manat və məhkəməyə iddia verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 81.93 manat tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4253/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4253/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver