Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4254/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023 saylı müqavilə üzrə ödənilməmiş 275,11 manat əsas, 112,24 manat faiz, 5,28 manat cərimə olmaqla, cəmi 392,63 manat; 17 mart 2023-cü il tarixli, CL0010229- 2023 saylı müqavilə üzrə ödənilməmiş 885,39 manat əsas və 318,74 manat faiz olmaqla, ümumilikdə 1204,13 manat borcların və tələb üzrə 35,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023, eləcə də 17 mart 2023-cü il tarixli, CL0010229-2023 saylı kredit müqavilələrinə əsasən borcalana (cavabdehə) müvafiq olaraq 60 ay müddətində, illik 48 % hesablanmaqla 1520 manat və 3260 manat məbləğində kreditlər verilmişdir. Kredit müqavilələrinə əsasən borcalan (cavabdeh) aldığı kreditləri müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditlərə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu borclarının ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcların ödənilməsi tələbləri ilə cavabdehə rəsmi müraciətlərin оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq,cavabdeh götürülən bоrcların qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023 saylımüqavilə üzrə ödənilməmiş 275,11 manat əsas, 112,24 manat faiz, 5,28 manat cərimə olmaqla,cəmi 392,63 manat, 17 mart 2023-cü il tarixli, CL0010229-2023 saylı müqavilə üzrə isə ödənilməmiş 885,39 manat əsas və 318,74 manat faiz olmaqla, ümumilikdə 1204,13 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbul olunmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023 saylı kredit müqavilələrinə əsasən cavabdehə müvafiq olaraq 60 ay müddətində, illik 48% hesablanmaqla 1520 manat məbləğində kreditlər verilmiş və bununla bağlı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. 17 mart 2023-cü il tarixli, CL0010229-2023 saylı kredit müqavilələrinə əsasən cavabdehə müvafiq olaraq 60 ay müddətində, illik 48% hesablanmaqla 3260 manat məbləğində kreditlər verilmiş və bununla bağlı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Maliyyə arayışından görünür ki, 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 275,11 manat əsas, 112,24 manat faiz, 5,28 manat cərimə olmaqla, cəmi 392,63 manat; 17 mart 2023-cü il tarixli, CL0010229-2023 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 885,39 manat əsas və 318,74 manat faiz olmaqla Cavabdeh ümumi borcu 1204,13 manat təşkil edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı BOKT "xxxx" QSC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35.97 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.97 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 yanvar 2023-cü il tarixli, CL0008554-2023 saylı müqavilə üzrə ödənilməmiş 275,11 manat əsas, 112,24 manat faiz, 5,28 manat cərimə olmaqla, cəmi 392,63 manat, 17 mart 2023-cü il tarixli, CL0010229-2023 saylı müqavilə üzrə ödənilməmiş 885,39 manat əsas və 318,74 manat faiz olmaqla, cəmi 1204,13 manat borcun və tələb üzrə 35,97 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4254/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4254/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver