Məhkəmə qərarları › İş №e-2(049)-43/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-43/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-43/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh7 iştirakı ilə, İddiaçı “Amrahbank» ASC-nin cavabdehlər Cavabdeh7, Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı “Amrahbank» ASC ərizə ilə məhkəməyə müraciət edərək 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsi üzrə 09 yanvar 2023-cü il tarixə ödənilməmiş cəmi 16467.53 manat borcun-bundan 10523 manat əsaş, 5768.31 manat faiz borcunun, 5.40 manat cərimənin və 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 139.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh7, Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Amrahbank» ASC-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “Amrahbank» ASC-nin Lənkəran filialı ilə Cavabdeh7 arasında xx.xx.2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh7 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 12945 manat məbləğində kredit verilmişdir. Cavabdeh7 kredit verilərkən Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 ilə bank arasında xx.xx.2017-ci il tarixli və Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxslər kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh7 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 25 yanvar 2023-cü il tarixli **********155 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddialarının təmin olunmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh7 iddianı qismən qəbul etdiyini, zaminlərdən Cavabdeh1 zaminliyinə xitam verilməsinə baxmayaraq, onu da zaminlər sırasında göstərildiyini, borcun bir hissəsini ödəsə də, borcunun azalmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı cavabeh Cavabdeh7 izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri, xx.xx.2017-ci il tarixli məxaric orderi, xx.xx.2023-cü il tarixli bildirişlər və həmin bildirişlərə aid xəbərnamələr, xx.xx.2017-ci il tarixli ödəniş cədvəli, xx.xx.2023-cüil tarixli hesabdan çıxarış, borc qalığına dair xx.xx.2023-cü il tarixli arayış, restruktrizasiyaya dair çıxarışı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh7 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh7 fərdi mikro kredit məqsədi ilə illik 12 % dərəcəsi ilə 60 ay müddətinə 12945 manat məbləğində kredit verilmişdir. Cavabdeh7 borcun kiçik hissəsini ödəmiş, onun banka əsas borc olaraq 12284.25 manat borcu qalmış, həmin borc restruktrizasiya olunduqdan sonra 10523 manat təşkil etmişdir. Digər cavabdehlər Cavabdeh7 zamin olaraq onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh7 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 139.40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda cəmi 16467.53 manat borc məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 139.40 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, kassa məxaric orderinə, təhvil-təslim aktına, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh7 məhkəmə iclasına gəlsə də, digər cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Cavabdeh7 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə LAN- 154664/17 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh7 mikro kredit məqsədi ilə illik 12 % dərəcəsi ilə 60 ay müddətinə 12945 manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh7 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh7 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hazırki iddia tələbinin digər cavabdehlərə dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinin müddəti xx.xx.2022-ci il tarixdə, Cavabdeh2 isə zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə başa çatmış və həmin vaxtdan 07 aydan artıq müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Bu səbəbdən həmin cavabdehlərin iddiaçı ilə Cavabdeh7 arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 12 sentyabr 2017-ci il tarixli LAN- 154664/17 nömrəli kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borcu, 5.40 manat cərimənin və 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%lə hesablanmış faiz borcunun məbləği, cəmi 16208.68 manat borc yalnız Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 5768.31 manat məbləğində faiz borcu tələb etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9157 nömrəli rəyində həmin borcun 5509.46 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 139.40 manat dövlət rüsumunun 136.61 manatı Cavabdeh7 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin 02 manatı iddiaçıya 98 manatı isə Cavabdeh7 aid edilməli və müvafiq olaraq onlardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh7 iddiaçı “Amrahbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borc, 5.40 manat cərimə və 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu və 136.61 manat dövlət rüsumu - cəmi 16345.29 manat (on altı min üç yüz qırx beş) manat 29 (iyirmi doqquz) qəpik tutulsun. İddia tələbi qalan və cavabdehlər Cavabdeh5 Cəbrayıl oğlu, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin 02 manatı iddiaçıya, 98 manatı isə Cavabdeh7 aid edilsin. “Amrahbank» Açıq Səhmdar Cəmiyyətindən 02 manat və Cavabdeh7 isə 98 manat, cəmi 100 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar