Məhkəmə qərarları › İş №e-2(049)-4336/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4336/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4336/2025 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçı MM «Xəzər» Kredit İttifaqının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı MM «Xəzər» Kredit İttifaqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM «Xəzər» Kredit iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2023-cü il tarixli №01520-1491 nömrəli kredit müqaviləsi üzrə 19 noyabr 2025-ci il tarixə İttifaqa ödənilməmiş cəmi 17678.00(on yeddi min altı yüz yetmiş səkkiz manat 00 qəpik) manat məbləğində borcunun, bundan 9686.67 (doqquz min altı yüz səksən altı manat 67 qəpik) manat əsas borc, 3856.00 (üç min səkkiz yüz əlli altı manat 0 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 4135,33 (dörd min bir yüz otuz beş manat, 33 qəpik) manat kredit müqaviləsinin 6.2 bəndinə əsasən cərimə faizi və 143.03(bir yüz qırx üç manat 03 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış 08 Avqust 2023-cü il tarixli № 01520-1491-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24(iyirmi dörd) ay müddətinə, illik 29(iyirmi doqquz) faiz dərəcəsi ilə 10000.00(on min manat 00 qəpik) manat məbləğində mikro kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə İttifaq arasında 08 avqust 2023-cü il tarixli №01520-1491-02/Z/0, №01520-1491-02/Z/1 Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə İttifaq qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1, 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə İttifaq qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə İttifaqın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 22 aprel 2024-cü il tarixli 037 nömrəli məktubla isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun İttifaqa ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi İnttifaq tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən də Cavabdeh2 08 Avqust 2023-cü il tarixli № 01520-1491-02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə İttifaqa ödənilməmiş cəmi 17678.00(on yeddi min altı yüz yetmiş səkkiz manat 00 qəpik) manat məbləğində borcu vardır. Bundan 9686.67(doqquz min altı yüz səksən altı manat 67 qəpik) manat əsas borc, 3856.00(üç min səkkiz yüz əlli altı manat 0 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 4135,33(dörd min bir yüz otuz beş manat, 33 qəpik) manat kredit müqaviləsinin 6.2 bəndinə əsasən cərimə faizi təşkil edir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin artırılması ilə bağlı müraciət edərək iddia ərizəsində göstərilən pul vəsaitinin cavabdehdlərdən alınması və borcun Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı MM «Xəzər» Kredit İttifaqının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, cərimə məbləğini məhkəmənin mülahizəsinə buraxdığını, ümumilikdə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli № 01520-1491-02 kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə, illik 29% olmaqla 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 01520-1491-02/Z/0 №-li zaminlik müqaviləsindən görünür ki, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli № 01520-1491- 02 kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli 01520-1491-02/Z/1 №-li zaminlik müqaviləsindən görünür ki, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli № 01520-1491- 02 kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışıdan görünür ki, MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2025-ci il tarixə ödənilməmiş 17678.00 manat borcu vardır. xx.xx.2023-cü il tarixli № 01520-1491-02 kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh2 24 ay müddətində hər ay 553.99 manat olmaqla, sonuncu ödənişi 554.10 manat xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi MM «Xəzər» Kredit İttifaqına qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 01520-1491-02 saylı ipoteka müqaviləsinə əsasən əsas öhdəlik üzrə Cavabdeh2 məxsus (xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, tam mülkiyyət hüququ ilə) Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflər arasında 12000 (on iki min) manat müəyyən edilmişdir. Notariat ofisinə verilmiş **********853 nömrəli ərizədən görünür ki, X2 Elçin Mədi oğluna məxsus Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsinin «Xəzər» Kredit İttifaqının xeyrinə ipoteka ilə yüklü edilməsinə, əsas öhdəlik icra edilmədiyi təqdirdə ipoteka predmetini şərtsiz tərk edəcəyinə notarial qaydada razılıq vermişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı MM «Xəzər» Kredit İttifaqının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 143.03 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı MM «Xəzər» Kredit İttifaqı qarşısında Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 143.03 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Belə olan halda tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 4135.33 (dörd min bir yüz otuz beş manat, 33 qəpik) AZN manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, cərimə azaldılmaqla müvafiq olaraq 1000 manat məbləğində müəyyən edilməli və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi qismən təmin edilməli və 9686.67 manat əsas borc, 3856.00 manat faiz borcu, 1000 manat cərimə borcu, ümumillikdə 14.542,67 manat və 133.63 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı MM «Xəzər» Kredit İttifaqına ödənilməli, tutma Cavabdeh2 məxsus (xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, tam mülkiyyət hüququ ilə) Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 12000 (on iki min) manat olmaqla açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli № 01520-1491-02 kredit müqaviləsi üzrə 9686.67 manat əsas borc, 3856.00 manat faiz borcu, 1000 manat cərimə borcu, ümumillikdə 14.542,67 manat və 133.63 manat dövlət rüsumu MM «Xəzər» Kredit İttifaqının hesabına tutulmalı, ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsini təmin etmədiyi təqdirdə qalan məbləğ cavabdehlərdən birgə qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 9686.67 manat əsas borc, 3856.00 manat faiz borcu, 1000 manat cərimə borcu, ümumillikdə 14.542,67 manat və dövlət rüsumu kimi ödənilmiş 133.63 manat tutularaq iddiaçı MM «Xəzər» Kredit İttifaqının xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus (xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, tam mülkiyyət hüququ ilə) Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilsin. Cavabdeh2 məxsus (xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, tam mülkiyyət hüququ ilə) Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 12000 (on iki min) manat olmaqla açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına MM «Xəzər» Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli № 01520-1491-02 kredit müqaviləsi üzrə 9686.67 manat əsas borc, 3856.00 manat faiz borcu, 1000 manat cərimə borcu, ümumillikdə 14.542,67 manat və 133.63 manat dövlət rüsumu MM «Xəzər» Kredit İttifaqının hesabına tutulsun. İpoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsini təmin etmədiyi təqdirdə qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutulsun. Satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğ Cavabdeh2 qaytarılsın. İddia tələbinin digər hissələri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgrov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar