Məhkəmə qərarları › İş №e-2(049)-4362/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4362/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4362/2024 28.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi̇ İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəli kredit müqaviləsinə əsasən 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat əsas, 33,38 (otuz üç manat 38 qəpik) manat faiz, 9,81 (doqquz manat 81 qəpik) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonrakı dövrə əsas borca illik 5 (beş) faizlə hesablanmış borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəlikredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 0114 SBFMK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli 12-5/2-T-4847/2024 nömrəli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəli kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat məbləğində kredit verilmiş və müqavilə hər iki tərəfin imzası, eləcə də kredit təşkilatının möhürü ilə təsdiq edilmişdir. 2. Ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh 2019-cu ilin avqust ayından etibarən 2024-cü ilin iyul ayına qədər hər növbəti ayın 25-nə kimi aylıq kredit ödənişlərini həyata keçirməli, sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə həyata keçirməli idi. İlk 12 (on iki) ay müddətində cədvəl üzrə aylıq ödənişin məbləği 0,55 (əlli beş qəpik) manat, növbəti aylarda isə 13,96 (on üç manat 96 qəpik) manat olmuşdur. 3. xx.xx.2024cü il tarixli 12-5/2-T-21-4847/2024 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə əsas borcu 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat, faiz borcu 33,38 (otuz üç manat 38 qəpik) manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonrakı dövrə əsas borca illik 5 (beş) faizlə hesablanmış borcu isə 9,81 (doqquz manat 81 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh məhkəmə bildirişi və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-0.95-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişdən görünür ki, ona 5 (beş) iş günü müddətində nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 0114 SBFMK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğluna xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək aylıq 0.55 manat, sonuncu ayda isə 13.96 manat olmaqla 60 ay müddətinə ümumilikdə 676,84 manat ödənilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli 12-5/2-T-21-4847/2024 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 035 SBFFM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat, faiz borcu 33,38 (otuz üç manat 38 qəpik) manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonrakı dövrə əsas borca illik 5 (beş) faizlə hesablanmış borcu isə 9,81 (doqquz manat 81 qəpik) manat təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Tərəflər arasında kredit münasibətləri yarankərn qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi̇ : İddia təmin edilsin. Cavabdeh 656,78 (altı yüz əlli altı manat 78 qəpik) manat əsas, 33,38 (otuz üç manat 38 qəpik) manat faiz, 9,81 (doqquz manat 81 qəpik) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonrakı dövrə əsas borca illik 5 (beş) faizlə hesablanmış borc və iş üzrə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar