Məhkəmə qərarları › İş №e-2(049)-4436/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4436/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4436/2025 04.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Unibank ASC-nin cavabdeh X1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Unibank ASC cavabdeh X1 qarşı sadələşdirilmiş icraat qaydasında kredit borcunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cvabdeh iddiaya qarşı etraz etməkl mülki işin iddia icraatına keçirilməsini xahiş etmiş və məhkəmənin 2(049)-4436/2025-saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. xx.xx.2026-cı il tarixdə İddiaçı Unibank ASC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək tərəflər arasında mübahisənin məhkəmə qaydasında həllinə zərurət qalmadığını bildirərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AsanPay vasitəsi ilə ödənilmiş ********** nömrəli elektron qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının ərizəsi təmin olunsun. İddiaçı Unibank ASC-nin cavabdeh X1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddianın verilməsi üçün xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar