Məhkəmə qərarları › İş №e-2(049)-4504/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4504/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4504/2024 29.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Ləğv prossesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Gümşüd qızı və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prossesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu - cəmi 571.94 manat borc, 30 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 Gümşüd qızı və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehlərə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2024-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Gümşüd qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli restrukturizasiya müqaviləsinə əsasən restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh2 Gümşüd qızına 36 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1101.20 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə kredit borcunu müqavilə müddəti ərzində tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli zaminlik müqaviləsinə əsasən o, restrukturizasiya (kredit) müqaviləsi üzrə öhdəliklərinin icrası üçün Cavabdeh2 Gümşüd qızı ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 Gümşüd qızı müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh2 Gümşüd qızının müqavilə üzrə 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu - cəmi 571.94 manat borcu yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehlərin iddiaçıya 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu - cəmi 571.94 manat borcu qalmışdır. İddiaçı 571.94 manat borc və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli restrukturizasiya müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli zaminlik müqaviləsi, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlər, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh2 Gümşüd qızına 36 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1101.20 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Gümşüd qızı kredit borcunun ödənilməsini gecikdirmiş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehlərdən birgə qaydada 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu - cəmi 571.94 manat borc və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq restrukturizasiya müqaviləsinə, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlinə, zaminlik müqaviləsinə, bildirişlərə, maliyyə arayışına, hesabdan çıxarışa və mədaxil qəbzinə istinad edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 Gümşüd qızı xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli restrukturizasiya müqaviləsinə görə iddiaçının qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən həmin müqavilənin 8-ci maddəsində göstərilən zaminliyin verilmə müddətindən asılı olmayaraq, zaminliyə əsas öhdəliklər tam icra edildikdə xitam verilir. Qeyd olunan zaminlik müqaviləsinin 8-ci maddəsinə əsasən bu müqavilə tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir və 10 il müddətinə (“zaminliyin verilmə müddəti”) qüvvədə qalır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli zaminlik müqaviləsinin qeyd olunan maddələrinin məzmunundan göründüyü kimi, həmin müqavilə 36 ay müddətinə bağlanmış olsa da, kredit (restrukturizasiya) müqaviləsi üzrə əsas öhdəliklər tam şəkildə icra edilənə qədər, lakin müqavilənin bağlandığı vaxtdan etibarən 10 ildən çox olmayan müddət ərzində zaminlik müqaviləsi də qüvvədə qalır. Bu baxımdan həmin müddət ərzində iddiaçının zaminə qarşı tələb hüququ da saxlanılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsinə Cavabdeh2 Gümşüd qızı ilə birgə maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 111/00/128/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu - cəmi 571.94 manat borc məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 Gümşüd qızı və Cavabdeh1 511.95 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 59.99 manat faiz borcu və 30 manat dövlət rüsumu - cəmi 601.94 manat birgə qaydada tutularaq iddiaçı Ləğv prossesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar