Məhkəmə qərarları › İş №e-2(049)-451/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-451/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-451/2025 25.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 2991.41 manat məbləğində krеdit bоrcu, 13.47 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 3004 (üç min dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50.05 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması; Cavabdeh2 məxsus Lənkəran şəhəri, H. Z. Tağıyev küçəsində mülkiyyətində olan 0.065 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.2 kv.m yaşayış, 38.2 kv.m köməkçi sahədən ibarət 95 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 3004 (üç min dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50.05 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh2 tutulması; Lənkəran şəhəri, H. Z. Tağıyev küçəsində mülkiyyətində olan 0.065 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.2 kv.m yaşayış, 38.2 kv.m köməkçi sahədən ibarət 95 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil qiymətləndirici Uniprice MMC tərəfindən aparılan tədqiqatın dəyəri 300 (üç) yüz manat təşkil edir. Məhkəmənin baxış iclası zamanı İddiaçı QSC məhkəməyə ərizə göndərərək bildirib ki, İddiaçı QSC-nin Cavabdeh2 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması və mülki işin məhkəmədən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 kredit borcunu tam şəkildə ödədiyini, iddiaçı tərəfin ərizəni geri götürəcəyini ona bildirdiklərini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş üzrə cavabdeh evin ilkin satış qiymətini mübahisələndirdiyindən evin qiymətinin müəyyən edilməsi üçün Uniprice MMC müstəqil qiymətləndirici qismində cəlb edilmiş və ipoteka müqaviləsində evin ilkin satış qiyməti 28.234 (iyirmi səkkiz min iki yüz otuz dörd) manat müəyyən edilsə belə müstəqil qiymətləndirici tərəfindən hazırda evin likvid dəyəri 54.000 (əlli dörd min) manat kimi qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mütəxəssisə ödənilməli olan 300 manat pul vəsaitinin tərəflər arasında bərabər bölünməsi məntiqli və ağlabatandır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə ediliş sənədlər geri qaytarılsın. İddiaçı QSC tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 50.50 manat dövlət rüsumu ona geri qaytarılsın. Mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 manatı İddiaçı QSC-n, 150 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq müstəqil qiymtləndirici Uniprice MMCyə ödənilsin. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar