Məhkəmə qərarları › İş №e-2(049)-469/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-469/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-469/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia qaldıraraq əsas borc üzrə 2690,05 manat, faiz üzrə 504,04 manat, cəmi 3194,09 manat və dövlət rüsumu olaraq ödənilmiş 52,00 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Kredit İttifaqı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki Kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02847-2058-01(“Müqavilə”) saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 36 % ödəmək şərtilə 4050.00 manat məbləğində kredit limiti ayrılmışdır və “Borcverən” həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə “Borcalan”-a kredit xətti daxilində xx.xx.2024-cü il tarixli 073№-li ödəniş tapşırığı əsasında 4050.00 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Zamin xx.xx.2024-cü il tarixli 02847-2058-01/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış “Müqavilə”-nin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən”müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan”isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə “Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasinda yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün “Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 70№-li xəbərdarlıq məktubu ilə “Borcalan”-na və xx.xx.2024-cü il tarixli 71saylı xəbərdarlıq məktubu ilə Zamin rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 11(on bir) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh və Zamin göndərilməsinə baxmayaraq sonuncular iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 02847-2058-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 4050 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 02847-2058-01/z nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin borclu Cavabdeh tərəfindən icra edilməsinə görə “Hacı Kredit» MMC qarşısında cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 406.87 manat, sonuncu ay 406.89 manat ödəməklə 4882.46 manatı “Hacı Kredit» MMC-yə ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kredit İttifaqı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcu, əsas borc üzrə 2690.05 manat, faiz borcu üzrə 504.04 manat olmaqla ümumilikdə 3194.09 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 70 və 71 saylı bildirişlərdən görünür ki, Cavabdeh və Zamin kredit borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq edilərək mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərilmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 52.00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02847-2058-01 nömrəli kredit müqaviləsi üzrə, »Hacı Kredit» MMC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 4050 manat kredit verilmiş və cavadehə kredit verilərkən Zamin ilə 02847-2058-01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kreditor, müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilədə müəyyən edilmiş öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu qaytarmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “Hacı Kredit» MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 52.00 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2690.05 manat, faiz üzrə 504.04 manat olmaqla, cəmi 3194.09 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 52.0 manat məbləğində vəsait cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar