Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4694/2024 27.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə MPM-nin149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, elektron qaydada daxil olmuş iddia ərizəsinin giriş hissəsində cavabdeh qismində yalnız Cavabdeh göstərilsə də, iddia ərizəsinin “xahiş etdim” hissəsində isə Cavabdeh ilə yanaşı, Zamin da pul tələb edilmişdir. İddia ərizəsindən müəyyən olunur ki, Zamin iddiaçı tərəfindən “zamin” adı altında göstərilmişdir. Lakin MPM-də tələbin zamin adı altında şəxsdən tələb edilməsi müıəyyən edilməmiş, yalnız şəxsin cavabdeh qismində müəyyən edilməsindən sonra şəxsdən hər hansı tələb edilməsi göstərilmişdir. Hazırkı iddiada isə Zamin cavabdeh kimi göstərilməli olduğu halda “zamin” adı ilə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyil. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-4694/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4694/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver