Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4709/2025 21.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat və 40.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 1872 ABŞ dolları,22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 1137.99 ABŞ dolları və 171.5 manat Banka borcu vardır. X2 02 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Lənkəran rayonu 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında Cavabdeh keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan Məcəllənin 1306.1-1306.2-ci maddələrinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı ASC Cavabdeh 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat və 40.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 1872 ABŞ dolları,22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 1137.99 ABŞ dolları və 171.5 manat Banka borcu vardır. X2 02 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Lənkəran rayonu 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında Cavabdeh keçmişdir. Bu səbəbdən Cavabdeh İddiaçı ASC-yə 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 1872 ABŞ dolları,22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 1137.99 ABŞ dolları və 171.5 manat Banka borcu vardır. X2 02 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Lənkəran rayonu 1 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında Cavabdeh keçmişdir. Bu səbəbdən Cavabdeh İddiaçı ASC-yə 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borclu olduğu və borcunun ödənilməsi üçün kredit müqaviləsini ləğv edilməsi rəsmi qaydada bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı ASC-yə İddiaçı ASCyə 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 40.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40.4 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları borcu (ödəniş gününə olan məzənnə üzrə manatla) alınaraq, 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat borc və 40.4 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 aprel 2015-ci il tarixli, MM/78613/50/16 saylı müqaviləyə əsasən 849.3 ABŞ dolları əsas, 288.69 ABŞ dolları faiz borcu olmaqla cəmi 1137.99 ABŞ dolları borcu (ödəniş gününə olan məzənnə üzrə manatla), 22 oktyabr 2014-cü il tarixli, DK10043716/14 saylı müqaviləyə əsasən 99.5 manat əsas, 32 manat faiz, 40 manat cərimə borcu olmaqla cəmi 171.5 manat borc və 40.4 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4709/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4709/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver