Məhkəmə qərarları › İş №e-2(049)-590/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-590/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-590/2023 26.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, 26 iyul 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5241/2016 saylı qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair “DəmirBank" Açıq Səhmdar Cəmiyyəti ilə birgə borcalanlar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli Razılaşmaya görə həmin qətnamə ilə birgə borclular tərəfindən 1009-RE saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış kredit öhdəliyi üzrə ödənilməli olan 5344.35 ABŞ dolları qalıq məbləği konvertasiya edilməklə 8017 manat təşkil etmiş, müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Razılaşmanın 1.4-cü bəndinə əsasən qətnamə üzrə qalıq borc ödənilənədək illik 16%, gecikdirilən borc məbləğinə cərimə kimi illik 32% dərəcəsi ilə faiz hesablanır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğin ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5263.73 AZN təşkil edir. Bundan 2639.95 AZN əsas, 1250.70 AZN faiz, 1003.82 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.26 AZN faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı ASC cəmi 5263.73 AZN - bundan 2639.95 AZN əsas, 1250.70 AZN faiz, 1003.82 AZN cərimə, kredit müqaviləsi bitəndən,sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.26 AZN faiz borcu və iş üzrə ödənilmiş 72.64 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı AC-nə ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında əslinə baxış keçirilmiş və surəti işə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, 6677.04 ABŞ dolları məbləğində əsas borc, 10.02 ABŞ dolları faiz borcu, 27 ABŞ dolları cərimə borcu, cəmi 6714.06 ABŞ dolları borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı xx.xx.2016-cı il tarixli qətnasməsi üzrə öhdəliklkərin icra edilməsinə dair iddiaçı ilə cavabdehlər arasında xx.xx.2017-cı il tarixdə bağlanmış Razılaşmaya əsasən (Razılaşmada onun bağlanma ili səhvən 2016-cı il göstərilib) Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı qətnaməsinə əsasən birgə borclular tərəfindən 1009-RE saylı xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış kredit öhdəliyi üzrə ödənilməli olan 5344.35 ABŞ dolları qalıq məbləği konvertasiya edilməklə 8017 manat təşkil edir. X3 üzrə Qalıq Məbləğindən 517 manat məbləğində vəsait ödənildikdən sonra qüvvəyə minir. Birgə borclular Qətnamə üzrə X1 əlavə edilmiş qrafikə əsasən xx.xx.2020-ci il tarixədək ödəməlidirlər. Məhkəmə iclasında müəyyəın olunmuşdur ki, cavabdehlər Razılaşmanın şərtlərinə əməl etməmiş, 517 manat məbləğində vəsaiti ödəməmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 9/3086 saylı ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 16 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7.500,00 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı xx/xx/2016-cı il tarixli Qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair 13 yanvar 2016-cı il tarixli Razılaşmasının 1.2-ci bəndində göstərilmiş 517 manat məbləğdə pul vəsaiti kredit məbləğinə əlavə edilmişdir. Hazırki ekspertiza təqdiqatı sualda göstərildiyi kimi (7.500 manat + 517manat) 8.017,00 manat məbləğindən hesablanmışdır. Yəni ekspert qeyd edir ki, əslində cavabdehlərin adına 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı kredit müqaviləsinə əsasən 7500 manat kredit rəsmiləşdirilmişdir. Cavabdehlərin Razılaşmaya əsasən ödəməli olduqları 517 manat ödənilmədiyindən, 517 manat həmin əsas kreditlə birlikdə cavabdehlərdən tələb olunur. Məhkəmə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı xx/xx/2016-cı il tarixli Qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair 13 yanvar 2017-cı il tarixli Razılaşma qüvvəyə minmədiyindən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı kredit müqaviləsi üzrə yaranmış borc Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan ekspert rəyinin təsviri hissəsində daha sonra qeyd edilmişdir ki, iş materiallarında olan bank tərəfindən təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı kredit müqaviləsi üzrə 7.331,00 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 7.331,00 manat məbləğində pul vəsaitinin 5.645,30 manat məbləği əsas borca, 1.685,70 manat məbləği isə faiz borcuna silinməsi müəyyən edilir. İş materiallarında olan və tərəflər arasında bağlanmış 70035495-26 saylı müqaviləyə Əlavə adlandırılan 012T01170024S01 saylı sənəd üzrə cədvəldən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik dərəcəsi 16% ödənilmək şərtilə 7500 manat məbləğində kredit vəsaiti verilmişdir. İlk ödəniş tarixi xx.xx.2017, son isə xx.xx.2020-ci il tarix göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə kredit müqaviləsi üzrə 2639,95 manat məbləğində əsas borc, 1250,70 manat məbləğində faiz borcu, 1003,82 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 369,26 manat məbləğində faiz borcu, cəmi 5263,73 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan və cavabdehlərə ünvanlanmış bildirişdən və pretenziyadan görünür ki, banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə onlar rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3086 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli, KM012T01170024S01 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2020-ci il tarixə 2.371,70 manat əsas, 349,96 manat faiz və xx.xx.2022-ci il tarixə illik 5% hesablamaqla 324,13 manat borcu qalmışdır. Ekspertiza təqdiqatının dəyəri 100 manatdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi borc üzrə öhdəliklər tərəflər arasında “Lənkəran Rayon Məhkəməsinin 2(049)-5241/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə öhdəliklərin icra edilməsinə dair” iddiaçı ilə cavabdehlər arasında bağlanmış 70035495-26 saylı müqaviləyə Əlavə adlandırılan 012T01170024S01 saylı sənəd üzrə 13 yanvar 2017-ci il tarixli cədvəldən əmələ gəlmiş və cavabdehlər götürdükləri öhdəliklərini lazımınca icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, cavabdehlər tərəflər arasında bağlanmış 70035495-26 saylı müqaviləyə Əlavə adlandırılan 012T01170024S01 saylı sənəd üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı cavabdehlərin xx.xx.2022-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli, KM012T01170024S01 saylı sənəd üzrə iddiaçıya olan 2639,95 manat məbləğində əsas borc, 1250,70 manat məbləğində faiz borcu, 1003,82 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 369,26 manat məbləğində faiz borcu, cəmi 5263,73 manat məbləğində kredit borcunun olduğunu göstərmişdir. Lakin, ekspert rəyindən görünür ki, həmin sənəd üzrə cavabdehlərin iddiaçıya 2.371,70 manat əsas, 349,96 manat faiz və illik 5% hesablamaqla 324,13 manat borcarı qalmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatsa da, iddiaçı təxminən 2 il 11 aydan sonra, xx.xx.2022-cu il tarixdə zaminə da qarşı iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli, KM012T01170024S01 saylı sənəd üzrə Cavabdeh1 öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsi bağlandığı vaxtdan qanunla müəyyən edilmiş müdətdən artıq müddət keçdikdən sonra iddiaçı zaminə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Buna görə də, məhkəmə iddiaçının Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbinin təmin olunması üçün əsas görmür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ekspert rəyində göstərildiyi kimi 2371,70 manat məbləğində əsas borc, 349,96 manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 324,13 manat məbləğində faiz borcu, eləcə də, 50 manat məbləğində cərimə borcu, cəmi 3095.79 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, əsas borc 2371,70 manat təşkil etdiyi halda, bank tərəfindən 1003,82 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, məhkəmə hesab edir ki, həmin 1003.82 manat məbləğində cərimə 50 manata qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi 74% təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 72,64 manat məbləğində dövlət rüsumunun 18.89 manatı iddiaçıya, 53.75 manatı Cavabdeh1 aid edilməli və sonuncudan 53.75 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Eyni zamanda xx.xx.2023-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 74 manatı cavabdehə, 26 manatı isə iddiaçıya aid edilməlidir. Cavabdehdən 74 manat, iddiaçıdan isə 26 manat alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan LPO “DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2371,70 manat məbləğində əsas borc, 349,96 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 324,13 manat məbləğində faiz borcu, cəmi 3095.79 manat məbləğində borc tutularaq, iddiaçı Ləğv prosesində olan LPO»DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilsin. İddia Cavabdeh2 aid və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 72,64 manat məbləğində dövlət rüsumunun 18.89 manatı iddiaçıya, 53.75 manatı Cavabdeh1 aid edilsin. Cavabdeh1 53,75 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçıya verilsin. xx.xx.2023-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 74 manatı cavabdehə, 26 manatı isə iddiaçıya aid edilsin. Cavabdeh1 74 manat, iddiaçı LPO “DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan isə 26 manat alınaraq, aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar