Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-591/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı Marid oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Marid oğlunun cavabdeh X8 qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Marid oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-133/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, İddiaçı xx.xx.2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 atasının, xx.xx.2011-ci il təvəllüdlü X10 isə anasının himayəsində qalmışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, cavabdeh X5 xx.xx.2008-ci il təvəllüdlü X3 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, hazırda iddiaçı heç bir yerdə işləmir, yalnız pensiya alır. Bu isə övladının maddi ehtiyaclarını tam olaraq qarşılamağa imkan vermir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Marid oğlu və cavabdeh X12 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-133/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Qədirova (Nəsirova) Gülanə İbrahim qızı arasında xx.xx.2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində bağlanmış 646 nömrəli akt qeydli nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11 atanın - İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X10 isə anası - Nəsirova (Qədirova) Gülanə İbrahim qızının yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Nəsirova (Qədirova) Gülanə İbrahim qızının qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2011-ci il təvəllüdlü Qədirzadə Nərmin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin Nəsirova (Qədirova) Gülanə İbrahim qızının xeyrinə verilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı İ dərəcəli əlilliyə görə ümumilikdə 470 manat pensiya alır. Nəsirova (Qədirova) Gülanə İbrahim qızı hər hansı əmək müqaviləsi əsasında sabit gəliri müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Qədirova (Nəsirova) Gülanə İbrahim qızı arasında xx.xx.2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində 646 nömrəli aktla nikahları bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X10 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş X11 iddiaçının, X10 isə cavabdehin yanında qalmış, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Nəsirova (Qədirova) Gülanə İbrahim qızının qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Qədirzadə Nərmin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün isə İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin Nəsirova (Qədirova) Gülanə İbrahim qızının xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı Nəsirova (Qədirova) Gülanə İbrahim qızının sabit gəlirinin olmadığını, X6 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını və 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən: 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən: 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, qanunverici alimentin tutulmasının üç rejimini müəyyən etmişdir; 1) valideynlərin qazancının və başqa gəlirlərinin müəyyən hissəsi miqarında 2) sabit pul məbləğində 3) qarışıq rejimdə, yəni həm valideynlərin qazancının və başqa gəlirlərinin müəyyən hissəsi miqdarında, həm də sabit pul məbləğində Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq valideynlər uşağını saxlamağa borcludur. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-133/2021 saylı qətnaməsi tərəfindən aliment təyin edilərkən cavabdeh Nəsirova (Qədirova) Gülanə İbrahim qızının sabit gəliri mövcud olmuş, bu səbəbdən də məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Gülanə Nəsirovadan tutulacaq alimentin onun qazancının ¼ hissəsi kimi müəyyən etmişdir. Lakin hazırda işə baxılarkən müəyyən olunur ki, Gülanə Nəsirovanın sabit gəliri mövcud deyildir. Bu halda məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-133/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulması rejimi dəyişdirilməli, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdeh Nəsirova (Qədirova) Gülanə İbrahim qızından tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 38 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 150 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1800 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 38 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-133/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulması rejimi dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment cavabdeh Nəsirova (Qədirova) Gülanə İbrahim qızından tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 38 manat cavabdeh Nəsirova (Qədirova) Gülanə İbrahim qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-591/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-591/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver