Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-595/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı X1 Cəmiyyətinin cabvabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı X1 Cəmiyyəti cabvabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik mübahisələer üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə hər hansı etiraz etməmiş və məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Göstərilənləri və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.7, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: İddiaçı X1 Cəmiyyətinin cabvabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı X1 Cəmiyyətinə qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-595/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-595/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver