Məhkəmə qərarları › İş №e-2(049)-596/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-596/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-596/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin baxış iclasını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4950 manat məbləğində pulun və 69.50 manat məbləğində dövlət rüsümunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tətəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli 17732 saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 70 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddianın verilməsi üçün xx.xx.2025-ci il tarixli 17732 nömrəli qəbzlə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar