Məhkəmə qərarları › İş №e-2(049)-644/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-644/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-644/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ipoteka müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 08 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, cəmi 8708,34 manat – bundan 8688,57 manat əsas, 19,76 manat faiz, 0,01 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108 manat dövlət rüsumunun Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m. , yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1 ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LFKF/001 saylı kredit müqaviləsinə əsasən 5 (beş) il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 (bir) faiz dərəcəsi ilə 9300 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m. , yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 08 avqust 2019-cu il tarixli X3 bağlanmışdır. Bu müqavilə Lənkəran rayonu 1 saylı notariat ofisinin xususi notariusu Səfər İsmayılov tərəfindən təsdiq edildikdən sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh kredit üzrə cəmi borcu 8708,34 manat təşkil edir. Bundan 8688,57 manat əsas, 19,76 manat faiz, 0,01 manat cərimə borcu təşkil edir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək 08 avqust 2019cu il tarixli kredit müqaviləsinin ləğv olunması, cəmi 8789,91 manat – bundan 8688,57 manat əsas, 100,98 manat faiz, 0,36 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108 manat dövlət rüsumunun Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1 ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nməhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin ştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m. , yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 08 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixliuu.ş 174/LFS nömrıli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktruzasiyası məqsədi ilə kreditdən istifadə etmək məqsədi ilə istifadə etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli LFKF/001 saylı kredit müqaviləsinə əsasən 5 (beş) il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 (bir) faiz dərəcəsi ilə 9300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 08 avqust 2019-cu il tarixli X1 görünür ki, 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evi 0.03 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Həmin müqavilədə qeyd olunan ipoteka predmetinin bazar dəyəri 35.000 manat, likvid dəyəri isə 33.250 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli, ********* qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 108 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyin yerinə yetirilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş maliyyə arayışından görünür ki, 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh cəmi borcu 8708,34 manat təşkil edir. Bundan 8688,57 manat əsas, 19,76 manat faiz, 0,01 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin həddi nəzərə alınmaqla iddianın «kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və yaşayış sahəsindən ibarət fərdi yaşayış evinəyönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə, tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin vəsatəti əsasında dəfələrlə Cavabdeh ekspertizanın keçirilməsinə şərait yaradılması ilə bağlı müraciət olunmasına, rəsmi bildiriş göndərilməsinə, elektron kabinetinə yerləşdirilməsinə, habelə məhkəmə aparatı işçiləri tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayraq sonuncu ekspertizanın keçirilməsinə şərait yaratmamış və eksperitzanın keçirilməsinə mane olmuşdur. MPM-nin 97.5-ci maddəsinin tələbinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh ekspertizanın keçirilməsinə mane olması, yəni zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin məlumatları ilə də tam təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumat məktublarından görünür ki, cavabdeh obyektin yerləçşdiyi yerdə iştirtak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi aralarında kifayət qədər uzun müddət olmasına baxmayaraq cavabdeh ekspertizanın keçirilməsi üçün zəruri predmeti, yəni indiki halda ipoteka predmetini təqdim etməmişdir. Buna görə də, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 08 avqust 2019-cu il tarixli X2 göstərildiyi kimi 35.000 manat kimi müəyyən edilməsini əsaslı saymışdır. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinin tələbinə görə, isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, orada yaşayan və qeydiyyatda olan ipoteka qoyanın ailə üzvləri həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019cu il tarixli kredit müqaviləsi üzrə cəmi 8789,91 manat – bundan 8688,57 manat əsas, 100,98 manat faiz, 0,36 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun (xidmət haqqı) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108 manat dövlət rüsumu Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satışa çıxarılsın. İpoteka predmetlərnin ilkin satış qiyməti - Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 35 000 manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 80.2 kv.m., yardımçı sahəsi 99.9 kv m, ümumi sahəsi 180.1 kv m olan, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar