Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-665/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında iddiaçı Qapalı Səhmdar Cəmı̇ yyəti "Bank Standard" Kommersı̇ ya Bankının (Ləğv prosesindədir) Cavabdeh Səfaı̇ l qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyəti "Bank Standard" Kommersı̇ ya Bankının (Ləğv prosesindədir) Cavabdeh Səfaı̇ l qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyəti "Bank Standard" Kommersı̇ ya Bankının ərizə ilə məhkəməyə müraciət edərək işin baxılması üçün cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasından sonra (məhkəmə hazırlıq iclas dövründə elektron nasazlıq səbəbindən cavabdehin rəsmi qeydiyyat ünvanının yoxlanılması mümkün olmamışdır) Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 98A, mənzil 20 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh Səfaı̇ l qızının ünvanı Bakı şəhəri, Nərimanov rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Qapalı Səhmdar Cəmı̇ yyəti "Bank Standard" Kommersı̇ ya Bankının (Ləğv prosesindədir) Cavabdeh Səfaı̇ l qızına qarşı pul tələbinə dair 2(049)-665/2024 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-665/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-665/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver