Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-726/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu İddiaçı ASC-in (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhüseyn qızına qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair mülki işi Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmə iclasından kənar araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-in (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhüseyn qızına qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ümumilikdə 436,77 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ASCyə ödənilməsini məhkəmədən xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə İddiaçı ASC (Ləğv prosesindədir) elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.3025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu Cavabdeh2 Mirhüseyn qızının banka olan borcunu xx.xx.2025-ci il tarixdə tam ödədiyini, qeyd ediləni nəzərə alaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən QƏRARA ALDİM: İddiaçı ASC-in (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhüseyn qızına qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-726/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-726/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver