Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-814/2023 05.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı-ləğv prosesində olan QSC «Bank Standard»KB-nın nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «Bank Standard»KB-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, 05 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, ləğv prosesində olan QSC «Bank Standard»KB-ı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh1 arasında 02 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/93817/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank ona illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh4 02 fevral 2015-ci il tarixli 1xx/xx/93817/15 saylı zaminlik müqavilələri əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmuşlər. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 25 yanvar 2016-cı il tarixli 1xx/xx/93817/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. xx.xx.2015-ci il tarixli 1xx/xx/93817/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən müqavilənin 1.1 və 2.7-ci yarım bəndlərində kredit müddəti 59 ay, kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2020-ci il, cərimə məbləği 1% qeyd edilməklə müqavilənin 9-cu bəndi (fors major) çıxarılmışdır. Cavabdeh4 və Cavabdeh3 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93817/15 saylı zaminlik müqavilələrinə 01 saylı əlavələrə əsasən onlar restrukturizasiya olunmuş kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmuşlər. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 3469.54 manat məbləğində əsas borc, 3606.71 manat məbləğində faiz borcu, 927.95 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 469.44 manat məbləğində faiz məbləği, ümumilikdə isə 8473.64 manat borcu qalmışdır. Odur ki, 3469.54 manat məbləğində əsas, 3606.71 manat məbləğində faiz, 927.95 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 469.44 manat məbləğində faiz məbləği olmaqla, ümumilikdə 8473.64 manat pulun və 104.73 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 ayrı-ayrılıqda iddianı qəbul etməyib onun təmin edilməməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 25 % ödənilmək şərtilə 5000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və X4 bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmuşlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Əlavə sazişdə görünür ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/93817/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən müqavilənin 1.1 və 2.7-ci yarım bəndlərində kredit müddəti 59 ay, kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2020-ci il, cərimə məbləği 1% qeyd edilməklə müqavilənin 9-cu bəndi (fors major) çıxarılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə sazişdə görünür ki, Cavabdeh4 və Cavabdeh3 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93817/15 saylı zaminlik müqavilələrinə 01 saylı əlavələrə əsasən onlar restrukturizasiya olunmuş kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmuşlər. İş materiallarında olan Ləğv prosesində olan QSC «Bank Standard»KB-nın maliyyə arayışından görünür ki, Cavabdeh1 3469,54 manat əsas borcu, 3606,71 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 927,95 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 469,44 manat məbləğində faiz məbləği vardır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Məhkəmə qeyd edir ki, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh1 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. İş materiallarına əlavə edilmiş cari hesablanmış kompensasiya barədə sənəddən görünür ki, Cavabdeh1 banka 3469,54 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, cavabdehlər iddiaçı ilə xx.xx.2015ci il tarixli, 1xx/xx/93817/15 saylı kredit müqaviləsiilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı cavabdehlərin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, 1xx/xx/93817/15 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan 3469,54 manat əsas borcu, 3606,71 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 927,95 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 469,44 manat məbləğində faiz borcu vardır. Lakin işdə olan digər sübutlara əsasən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 3469,54 manat təşkil etməsi müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 3469,54 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsainə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər, əsas borclu tərəfindən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirənə qədər bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 3469,54 manat pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104,73 manat məbləğində dövlət rüsumunun 61 manatı iddiaçıya, 43,73 manatı cavabdehlərə aid edilməli və sonunculardan müştərək qaydada 43,73 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard»KB-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3469,54 manat məbləğində borc tutularaq, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard»KB-nın xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 104,73 manat məbləğində dövlət rüsumunun 61 manatı iddiaçıya, 43,73 manatı cavabdehlərə aid edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada 43,73 manat məbləğində pul alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2(049)-814/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-814/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver