Məhkəmə qərarları › İş №e-2(049)-912/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-912/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-912/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu iddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra LPO İddiaçı ASC LƏSF olacaq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı LPO İddiaçı ASC LƏSF-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, X2 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı LPO İddiaçı ASC LƏSF-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçı LPO İddiaçı ASC LƏSF kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-155324/17 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 2140 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat, bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcu vardır. Beləliklə kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və xx.xx.2022-ci il tarixli, **********336 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq o, sonuncu dəfə xx.xx.2021-ci il tarixində cəmi 700 manat məbləğində banka ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən iddiaçı LPO İddiaçı ASC LƏSF Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, LAN-155324/17 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 30 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 2140 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 2140 manat məbləğində kredit vermiş və onun dövrün sonuna 1,211 manat qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş LAN-155324/17 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 LPO İddiaçı ASC LƏSF-nin Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, LAN-155324/17 saylı kredit müqaviləsində zamin şəxsdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********833 saylı bildirişdən görünür ki, kredit veren LPO İddiaçı ASC LƏSF borcalan Cavabdeh1 Gülğa oğluna və Cavabdeh2 borclu olduqları və bu borcun 3 gün ərzində təmin edilməsi ilə əlaqədar bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun və bu müqavilə üzrə onunla bərabər cavabdehlik daşıyan Cavabdeh2 LPO İddiaçı ASC LƏSF-yə xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC LƏSF-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı LPO İddiaçı ASC LƏSF-nin xeyrinə Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ AZ-4200, Lənkəran şəhəri, Telefon: 02525 5-27-52 Nizami küçəsi 3 Faks: 02525 5-33-02 İş № e-2(049)-912/2023 13 fevral 2023-cü il İddiaçı: X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Ünvan: Bakı şəhəri, Xətai r, Babək pr 16 Cavabdeh: Cavabdeh1 Ünvan: Lənkəran rayonu, Havzava kəndi Cavabdeh: Cavabdeh2 Ünvan: Lənkəran rayonu, Havzava kəndi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: qətnamənin surəti – 4 (dörd) vərəqədə hər bir ünvana. Hakim Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ e-2(049)-912/2023 2023-cü il Lənkəran şəhəri İCRA VƏRƏQƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu iddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra LPO İddiaçı ASC LƏSF olacaq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, qət etdim: İddia tələbi təmin edilsin. İddiaçı LPO İddiaçı ASC LƏSF-nin xeyrinə Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 362,23 manat-bundan 272,48 manat əsas, 49,55 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 40,2 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, icra məmurunun səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuruna öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tələbkarın adı, ünvanı- X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Ünvan: Bakı şəhəri, Xətai r, Babək pr 16 Borclunun adı, ünvanı, təvəllüdü- Cavabdeh1, Lənkəran rayonu, Havzava kəndi, (təvxx.xx.1981-ci il) Borclunun adı, ünvanı, təvəllüdü- Cavabdeh2, Lənkəran rayonu, Havzava kəndi, (təvxx.xx.1981-ci il) İcra vərəqəsi -ci il tarixdə verilmişdir. Hakim Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ AZ-4200, Lənkəran şəhəri, Telefon: 02525 5-27-52 Nizami küçəsi 3 Faks: 02525 5-33-02 İş № e-2(049)-912/2023 2023-cü il Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Davud Ağayevə X1! İddiaçı LPO İddiaçı ASC LƏSF-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun müştərək qaydada ödənilməsi tələbinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(049)-912/2023 saylı icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Sizə göndərilir. Xahiş edilirəm, icra vərəqəsinin icraata qəbul edilməsi və icrası barədə Lənkəran Rayon Məhkəməsinə məlumat verəsiniz. Qoşma: İcra vərəqəsi, 01 “bir” vərəqə Hörmətlə, Hakim Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Protokol 13 fevral 2023-cü il tarixdə Lənkəran şəhərində İş № e-2(049)-912/2023 Mən hakim Pənahov Anar Elman oğlu, İddiaçı LPO İddiaçı ASC LƏSF-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun müştərək qaydada ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə qətnamə qəbul edir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar