Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-920/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" QSC BOKT-nin Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 158,80 manat əsas borcun, 6,49 manat faiz borcunun, cəmi 165,29 (bir yüz altmış beş manat iyirmi doqquz qəpik) manat məbləğin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş "xxxx" QSC BOKT-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin "xxxx" QSC BOKT-nin nümayəndəsi qismində Nümayəndə Teymur oğlu elektron kabinet vasitəsi ilə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC BOKT tərəfindən Cavabdeh qarşı cavabdehdən 158,80 manat əsas borcun, 6,49 manat faiz borcunun, cəmi 165,29 (bir yüz altmış beş manat iyirmi doqquz qəpik) manat məbləğin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə ərizəsinin məhkəmənin icraatında olduğunu, yaranmış zərurətlə əlaqədar həmin iddianın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizəsi və ödənilmş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: iddiaçı "xxxx" QSC BOKT-nin Cavabdeh qarşı «borc müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçı "xxxx" QSC BOKT-a geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-920/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-920/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver