Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-94/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 noyabr 2010-cu il tarixli 1284 saylı kredit müqaviləsi üzrə cəmi 1328,30 ABŞ dolları borcun və ödənilmiş 32,84 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan, “Mitsubishi Pajero minik” markalı ** BN *** dövlətqeydiyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə, həmin nəqliyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq aşağıda qeyd olunanlara əsasən hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə ölmüşdür. İddia ərizəsindən görünür ki, İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə elekron qaydada məhkəmə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olmamışdan 11 il əvvəl artıq ölmüşdür. İddiaçı da ölmüş şəxsə qarşı iddia irəli sürmüşdür. Qanunvericiliyə əsasən, yalnız iddia tələbinin yönələ bildiyi şəxs cavabdeh ola bilər, lakin iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh ölmüş olduğundan ona qarşı tələb irəli sürə bilməzdi. Buna görə də iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ölmüş şəxsə qarşı irəli sürüldüyündən, ölmüş şəxsə qarşı verilmiş iddiaya da məhkəmədə baxılmalı olmadığından İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 42,98 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-94/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-94/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver