Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-952/2024 04.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında 04 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütən şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi opfertanın 19.1-ci bəndinə vətəsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfin cavabdehin cari hesabına xx.xx.2023cü il tarixində xx.xx.2026-cı il tarixinədək illik 28.75 faiz olmaqla istehlak məqsədləri üçün 4500 AZN kredit5 (komissiya 230 Azn, aylıq ödəniş hər ayın 10-da 188 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit 287nkaAHMb/23) Kredit məbləğinin ödəniş kartına köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Ümumi ofertanın 20.9-cu bəndinə əsasən “Borcalan” kreditin və və ya ona hesablanmış fazilərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edə bilər. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmədən Cavabdeh 4500 AZN əsas, 1364.73 AZN faiz, 155.94 AZN cərimə, 0 AZN komissiyon haqqı olmaqla cəmi 6020.67 AZN borcun, 0.40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 80.21 AZN məbləğində vəsaitin iddiaçı bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş sübutlar: "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il tarixli Ərizənin surətindən görünür ki, cavabdeh müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi interenet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli Bank xidmətlərinə dair ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SMS Mətnindən görünür ki, bank cavabdehə 91sAHMb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixədək istehlak məqsədləri üçün illik 28.75 faizlə, 4500 AZN kredit (komissiya 230 AZN, aylıq ödəniş 188 AZN) və Ukart kartına illik 29 faizlə 500 AZN kredit xətti açmağı təklif etmiş və Təsdiq üçün 8117-ə YES yazmalı olduqu bildirilmişdir. Nəticədə cavabdeh krediti qəbul etdikdən sonra vəsait onun cari hesabına köçürülmüşdür. Hesabdan Çıxarışdan görünür ki, Bank tərəfindən cavabdehin cari hesabına 4500 manat məbləğində kredit köçürüldükdən sonra, o, vəsaitdən istifadə edərək ödənişlər aparmış və ödənişlərin silinmə qaydası həmin çıxarışda əks olunmuşdur. xx.xx.2023-cü il tarixli bildirşdən görünür ki, cavabdehə yaranmış borcla bağlı məlumat verilmiş və mübahisənin məhkəmədənkənar həlli edilməsi təklif edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" KB ASC-yə 287nkAHMb/23 saylı kredit müqaviləsinə əsasən 4500 AZN əsas, 1364.73 AZN faiz, 155.94 AZN cərimə olmaqla ümumilikdə 6020.67 AZN borcu vardır. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 80.61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki,"xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixli 287nkAHMb/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ödəniş kartına illik 28.75 faiz olmaqla 4500 manat nağd kredit köçürülmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 287nkAHMb/23 saylı kredit müqaviləyə əsasən 4500 AZN əsas, 1364.73 manat faiz, 155.94 AZN cərimə olmaqla ümumilikdə 6020.67 AZN Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 80.61 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinəəsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 287nkAHMb/23 saylı kredit müqaviləyə əsasən 4500 AZN əsas, 1364.73 manat faiz, 155.94 AZN cərimə olmaqla ümumilikdə 6020.67 AZN pul Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddiaçının ödədiyi 0.40 AZN xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 80.21 AZN məbləğində vəsait cavabdehə aid edilsin və sonuncudan tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(049)-952/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-952/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver