Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-974/2023 31.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rauf qızı, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı “qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 qarşı “qətnamə üzrə müəyyən olunmuş borcun əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 (qırx beş min əlli beş) ABŞ Dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızının faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüziyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh X3 xx.xx.2014-cü il tarixli 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında bоrclu Əkbərov Rauf Musaqət oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Həmçinin, kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh Əkbərov Rauf Musaqət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “AccessBank QSC” tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283.87ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ Dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq iddiaçı AccessBank QSC-yə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən iddiaçı AccessBank QSC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızından müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qərardaddan iddiaçı AccessBank QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X4 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələrimüəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verərkən iddia ərizəsinin cavabdeh R.Əkbərovun öldüyü xx.xx.2017-ci il tarixdən sonra, yəni xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olduğunu və xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyini, başqa sözlə iddianın qaldırıldığı və icraata qəbul edildiyi tarixdə həmin cavabdeh sağ olmadığı üçün hüquq münasiblərinin subyekti olmadığını, iddiaçı bank tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün ona qarşı tələbin yönəldilməsi və bu tələbə baxılmasının mümkün olmadığını qeyd etmişdir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən borc məbləği yekunda yalnız zamin Xoşbəxt Tağıyevdən tutulmuş, iddia tələbinin digər hissələri məhz əsas borclu Rauf Əkbərovun vəfatından sonra məhkəmə müraciət edilməsi səbəbindən təmin edilməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızının mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olmuş Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evini (0.06 ha torpaq sahəsi ilə birlikdə) miras əmlak kimi faktiki olaraq qəbul etmələri faktı artıq müəyyən olunmuşdur. Ona görə də hazırda iddiaçı bank tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması, borcun ipoteka predmetinin dəyərindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı QSC məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbində cavabdehlərdən Cavabdeh3 ata adının yanlışlığa yol verilərək “Fuad” əvəzinə “Rauf” qeyd edildiyini bildirərək, tələbin digər cavabdehlərlə yanaşı Cavabdeh3 yönəldilməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin 04 aprel 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 özü və iş üzrə digər cavabdehlərin mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində yaşadıqlarını bildirərək, sözügedən evin qiymətləndirilməsi ilə razılaşmayaraq müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rauf qızı, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İddiaçı QSC ilə cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli, 08L000010439 №-li «Krеdit xətti müqaviləsindən» görünür ki, İddiaçı QSC tərəfindən borcalan Əkbərov Rauf Musaqət oğlu 120 ay müddətində 300.000 ABŞ dolları məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. Daha sonra isə tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 08R000019676 №-li «Krеdit razılaşması əsasında Əkbərov Rauf Musaqət oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdeh X3 arasında bağlanmış zaminlik müqavilələsinə əsasən cavabdeh X3 xx.xx.2014-cü il tarixli «Krеdit xətti müqaviləsi» üzrə Bank qarşısında üzərinə götüdürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İpoteka və sonrakı ipoteka müqavilələrindən görünür ki, ipoteka qoyan cavabdeh Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ əsasında Əkbərov Rauf Musaqət oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi ilə birlikdə 11 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit razılaşması»na əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən cəmi 50 manat məbləğində pulun cavabdehlərə aid edilməklə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2618/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızından müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadından görünür ki, İddiaçı QSC-nin cavabdehlər Əkbərov Rauf Musaqət oğlu və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi İddiaçı ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit razılaşması»na əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat və ekspertiza xərci olaraq 50 manat məbləğində pulun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3389/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarından görünür ki, İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12-22/19 nömrəli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evə dair təsərrüfat kitabında həmin evdə qeydiyyatda olan mərhumun aşağıdakı ailə üzvləri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 vardır. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli, 280 №-li məlumatından görünür ki, Əkbərov Rauf Musaqət oğluna aid notariat ofisində vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış ünvanında abonent kimi qeydiyyatı olan Raisə Əkbərova “Azəriqaz” İB üzrə qaz istehlakçısı kimi qeydiyyatdadır və təbii qazdan istifadə üçün 113.7 manat borcu var. 15 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarının surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 ünvan 2 ünvanında, Cavabdeh1, Cavabdeh2, Əkbərzadə X7 rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi ev 11 ünvanında qeydiyyatdadırlar. 30 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “FAME PRO» MMC-nin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayiş evinin 0,06 ha torpaq sahasi ilə birlikdə bazar dəyəri 60.000 manat, likvid dəyəri 50.000 qiymətləndirilir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh X3 xx.xx.2014-cü il tarixli 08S000020057 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Əkbərov Rauf Musaqət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “AccessBank QSC” tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283.87ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ Dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızı və X1 müştərək qaydada tutularaq iddiaçı AccessBank QSC-yə ödənilməsi, tutmanın cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən iddiaçı AccessBank QSC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızından müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qərardaddan iddiaçı AccessBank QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X4 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün İddiaçı QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası Cavabdeh1, xx.xx.1972-ci il təvəllüdlü qardaşı Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü arvadı Cavabdeh5, xx.xx.1996-cı il təvəllüdlü oğlu Cavabdeh4 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu Cavabdeh6 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. İşin göstərilən halları iddiaçının nümayəndəsinin və cavabdehin izahatları və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 1243.1-1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbuletməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbuletdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhzipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəətiəldə etmək üçün şərait yaranmış olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə “FAME PRO» MMC-nin sözügedən hesabatların əsaslılığını şübhə altına alan hər hansı xüsusatın təqdim edilməməsini nəzərə alaraq ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsində həmin hesabatlara istinad edilməsini məqsədəmüvafiq sayır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 (qırx beş min əlli beş) ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızının faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməli, həmin əmlakın açıq hərracdan satılmalı, əmlakın ilkin satış qiyməti 55000 manat müəyyən edilməli, əmlak hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər həmin əmlakdan çıxarılmalı və əmlakın boşaldılmalı, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 (qırx beş min əlli beş) ABŞ dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan, mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 Rauf qızının faktiki sahibliyində olan Lənkəran rayonu, Liman şəhəri Rəsul Rza küçəsi11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) açıq hərracdan satılsın və əmlakın ilkin satış qiyməti 55000 manat müəyyən edilsin. Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər həmin əmlakdan çıxarılsın və əmlak boşaldılsın. İddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-974/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-974/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver